thumb|right|200px|Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı - Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş Beynəlxalq musiqi festivalı.
Festival Azərbaycanda 2009 – cu ildən keçirilir. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakıda baş tuturhttp://ru.trend.az/news/society/1931738.html В Баку пройдет III Международный музыкальный фестиваль Узеира Гаджибейли. Bundan əvvəl 1995 – ci ildən başlayaraq hər ilin 18 sentyabr günü (Üzeyir Hacıbəyovun doğum günü) musiqi bayramı kimi qeyd olunurdu. Lakin 2009 – cu ildən Beynəlxalq Musiqi Festivalı keçirilməsi haqda qərar qəbul olunub. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı başqa ölkələrdən olan ifaçılar da iştirak edir.
Festival zamanı konsertlərlə yanaşı Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları da baş tutur tamaşalarla yanaşı dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir. Festivalın təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondudurhttp://www.zerkalo.az/2011-09-15/culture/23007-uzeyir%20gadjibeyli-festival Фестиваль Узеира Гаджибейли.
Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı Festival 2016-cı il sentyabrın 18-dən 27-dək davam edib. On gün davam edən festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunub.
Festivalın proqramı thumb|400px|IX Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı (2017-ci il) TarixSaatMəkanTədbir18 sentyabr18:00Üzeyir Hacıbəylinin ev muzeyiÜzeyir Hacıbəyliyə həsr olunmuş tədbir
TarixSaatMəkanTədbirİstirakçılar18 sentyabr19:00Azərbaycan Dövlət FilarmoniyasıBeynəlxalq Musiqi Festivalının açılışıÜzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri Bədii rəhbər və baş dirijor: Rauf Abdullayev Azərbaycan Dövlət Xor Kapellası Bədii rəhbər: Gülbacı İmanova Solist: Peter Laul (Rusiya) piano
TarixSaatMəkanTədbirİstirakçılar18 sentyabr19:00Azərbaycan Dövlət Musiqili TeatrıÜzeyir Hacıbəyli “O olmasın, bu olsun” ikihissəli musiqili komediyaDirijor: Nazim Hacıəlibəyov
TarixSaatMəkanTədbirİstirakçılar18 sentyabr19:00Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrıÜzeyir Hacıbəyli “Leyli və Məcnun” üçhissəli operaDirijor: Sevil Hacıyeva
TarixSaatMəkanTədbir19 sentyabr19:00Azərbaycan Dövlət FilarmoniyasıF.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunmuş yubiley tədbiri
TarixSaatMəkanTədbir20 sentyabr15:00Muzey Mərkəzi“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimat mərasimi
TarixSaatMəkanTədbirİstirakçılar20 sentyabr19:00Kamera və Orqan Musiqisi ZalıGənc ifaçıların konsertiMahir Tağızadə (bariton) Kamilla İmanova (soprano) Rauf Babayev (tenor) Fatimə Cəfərzadə (soprano) Dilarə Kərimova (piano) Kristina Rəhimova (soprano)
TarixSaatMəkanTədbirİstirakçılar21 sentyabr19:00Kamera və Orqan Musiqisi ZalıOrqan musiqisi konsertiRəna İsmayılova (orqan) Səbinə Əsədova (mezzo-soprano) Fəridə Məmmədova (soprano) Taleh Yəhyayev (bariton)
TarixSaatMəkanTədbirİstirakçılar22 sentyabr17:00Üzeyir Hacıbəyli adına Bakı Musiqi AkademiyasıFortepiano musiqisi konsertiBakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova
TarixSaatMəkanTədbirİstirakçılar22 sentyabr19:00Beynəlxalq Muğam MərkəziHaqay Şaham (violin) İsrail Yuliya Qurviç (piano) İsrail
TarixSaatMəkanTədbirİstirakçılar22 sentyabr19:00Azərbaycan Dövlət Filarmoniyası“Musiqi çələngi”Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xoru Dirijor: Ramil Qasımov Solistlər Samir Cəfərov Anar Şuşalı İlahə Əfəndiyeva Cahangir Qurbanov Taleh Yəhyayev Gülnaz İsmayılova İnarə Babayeva Zemfira İsmayılova Çinarə Şirin Ayşən Mehdiyeva
TarixSaatMəkanTədbirİstirakçılar23 sentyabr14:00Üzeyir Hacıbəylinin ev muzeyi“Konsert-görüş”Fərhad Aşumov (violin) Slovakiya Zülfiyyə Sadıqova (piano)
TarixSaatMəkanTədbirİstirakçılar23 sentyabr15:00“Qarabağ” Muğam MərkəziAğcabədi rayon “Qarabağ” Muğam MərkəziF.Əmirov adna Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Bədii rəhbər: Ağaverdi Paşayev
TarixSaatMəkanTədbirİstirakçılar23 sentyabr19:00Azərbaycan Dövlət FilarmoniyasıÜzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri Dirijor: Yalçın Adıgözəlov Azərbaycan Dövlət Xor Kapellası Bədii rəhbər: Gülbacı İmanova Solistlər Haqay Şaham (violin) İsrail Nina Makarova (mezzo-soprano)
TarixSaatMəkanTədbirİstirakçılar24 sentyabr19:00Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası“Furioso” kvarteti Səid Məmmədov (violin) Süleyman Babakişizadə (violin) Üzeyir Mahmudbəyli (viola) Murad İbrahimov (cello) Kəmalə Neymanova (piano) Hüseyn Həsənov (rəssam)
TarixSaatMəkanTədbirİstirakçılar24 sentyabr19:00Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrıC.Verdi“ Bal-maskarad”operasının konsert ifası (premyera)Dirijor: Əyyub Quliyev
TarixSaatMəkanTədbirİstirakçılar24 sentyabr19:00Azərbaycan Dövlət FilarmoniyasıMillətlər Filarmoniyası Orkestri (Almaniya)Dirijor və solist: Yustuz Frantz
TarixSaatMəkanTədbirİstirakçılar25 sentyabr19:00Azərbaycan Dövlət Filarmoniyası22 yaşlı “Orfeon” kamera xoru dostlarla birlikdə (Türkiyə)Bədii rəhbər: Elnarə Kərimova
TarixSaatMəkanTədbirİstirakçılar25 sentyabr19:00Azərbaycan Dövlət Akademik Opera və Balet TeatrıF.Əmirov “ Min bir gecə” baletiDirijor: Əyyub Quliyev
TarixSaatMəkanTədbirİstirakçılar26 sentyabr19:00Kamera və Orqan Musiqisi ZalıKamera musiqisi konsertiNatəvan Quliyeva (orqan) Fərhad Aşumov ( violin) Slovakiya Zülfiyyə Sadıqova (piano)
TarixSaatMəkanTədbirİstirakçılar26 sentyabr19:00Azərbaycan Dövlət FilarmoniyasıQ.Qarayev adına Azərbaycan Dövlət Kamera OrkestriBədii rəhbər və baş dirijor: Teymur Göyçayev
TarixSaatMəkanTədbirİstirakçılar26 sentyabr19:00Beynəlxalq Muğam MərkəziFortepiano musiqisi axşamıNərgiz Əliyarova (piano)
TarixSaatMəkanTədbirİstirakçılar27 sentyabr12:00Xəzər UniversitetiXəzər Universitetində ustad dərsi və konsert-görüşFərhad Aşumov(violin) Slovakiya Zülfiyyə Sadıqova (piano)
TarixSaatMəkanTədbirİstirakçılar27 sentyabr19:00Azərbaycan Dövlət FilarmoniyasıBeynəlxalq Musiqi Festivalının bağlanışıÜzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Fəxrəddin Kərimov Tbilisi Dövlət Konservatoriyasının Gənclər Xoru Bədii rəhbər: Liana Çonişvili Azərbaycan Dövlət Xor Kapellasının kiçik heyəti Kapellanın bədii rəhbəri: Gülbacı İmanova Solistlər Ümidə Abbasova (violin) Fəridə Məmmədova (soprano) Səbinə Əsədova ( mezzo-soprano) Fərid Əliyev (tenor) Anton Ferştandt (bariton) http://www.medeniyyet.info/medeniyyet-xeberleri/uzeyir-hacibeyli-beynelxalq-musiqi-festivali Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı.
Həmçinin bax
Beynəlxalq Muğam Festivalı Respublika Muğam Müsabiqəsi Qəbələ Beynəlxalq Musiqi Festivalı Muğam Televiziya Müsabiqəsi Beynəlxalq Mstislav Rostropoviç Festivalı Xarıbülbül Musiqi Festivalı Beynəlxalq Aşıq Festivalı
İstinadlar
Kateqoriya:Azərbaycan musiqi festivalları Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Üzeyir Hacıbəyov Kateqoriya:Bakının görməli yerləri