ABŞ İstiqlal müharibəsi () — 1775–1783-cü illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə.
Şimali Amerikada İstiqlaliyyət uğrunda müharibə 1775-ci ildə başlandı və bu müharibə nəticəsində İngiltərənin hökmranlığına son qoyuldu, 1776-cı ildə Amerika Birləşmiş Ştatları (ABŞ) yarandı. 1783-cü ildə Paris sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-nin müstəqilliyini tanıdı. Bu müharibə nəticəsində həmçinin torpaq mülkiyyətindəki feodalizm ünsürləri ləğv edildi, hakimiyyət burjuaziyanın və torpaq sahiblərinin əlinə keçdi. 1787-ci ildə yeni Konstitusiya qəbul olundu. Bu Konstitusiya ABŞ-ni federal dövlət kimi rəsmiləşdirdi. 1789-cu ildə ABŞ-də ilk prezident seçkiləri keçirildi və mason lideri Corc Vaşinqton prezident seçildi. Ölkədə mütəmadi olaraq etirazlar, qiyamlar, üsyanlar baş qaldırırdı. Buna ən bariz nümunə 1786–87-ci illərdə yoxsul fermerlərin başladığı Şeys üsyanı göstərilə bilər. Üsyan silah gücünə, amansızlıqla yatırıldı. Gəlmələr indi də bir-birlərini qırmağa başlamışdılar. Bir-birlərinə qarşı mübarizə aparsalar da, gəlmələr yerli xalqlara qarşı həmişə həmrəy idilər. Yerli xalqların öldürülməkdən daha azad heç bir hüququ yox idi. Onlar hakimiyyət başına seçə və seçilə bilməzdilər. Onların nəinki yaşayış yerləri, hətta soyadları da dəyişdirilirdi. Corc Vaşinqtonun dövründə ölkə ərazisindəki bütün toponimlər ingilisləşdi, yeni yaranan yaşayış məntəqələrinə də ingilis mənşəli adlar qoyuldu. Vaşinqton "İstiqlal müharibəsi" adlanan müharibə zamanı Kontinental Ordunun Baş komandanı olmuş, böyük rəşadət göstərmişdi. 1790-cı ildə o, Potomak çayı sahilində yeni paytaxt şəhərinin salınmasını qərara aldı. Yeni salınan bu şəhərə Vaşinqtonun öz soyadı verildi və 1800-cü ildə şəhər rəsmən ABŞ-nin paytaxtı elan olundu.
Səbəbləri
Tədricən müstəmləkələrdə metropoliyaya qarşı narazılıq, etiraz və kütləvi aksiyalar başladı. Bütün bunlar təbii və qanunauyğun bir hal idi. İngilislər yerli əhalini saya salmadan, əksinə, vurub sıradan çıxardaraq yeni cəmiyyət, yeni quruluş və dövlət yaratmaq istədikləri üçün təbii olaraq öz övladları öz üzlərinə qayıtmalı, onlar da İngiltərəni saya salmamağa başlamalı idilər. Əvvəlcə Şotlandiyada, 1717-ci ildə isə İngiltərədə yaranmış mason təşkilatı üçün isə dünya ağalığı iddialarını gerçəkləşdirməkdən ötrü geniş və xam məkan lazım idi. Onların təhriki ilə Şimali Amerikadakı ingilis müstəmləkələrində İngiltərə əleyhinə və müstəqilliyə can atan siyasi təşkilatlar yarandı.
Fransa ilə hindular arasındakı müharibədən sonra, Britaniya yeni imperiya tədbiri görməyə ehtiyac duydu, lakin Amerikada dəyişiklik üçün müvafiq şəraitdən başqa nə desən var idi. Uzun müddət ərzində geniş miqyasda müstəqilliyə alışmış koloniyalar indiyə qədər Fransa təhlükəsi məhrum etdiyi azadlıqdan az deyil, daha artıq azadlıq tələb edirdilər. Yeni sistemi həyata uğurlu tətbiq etmək və nəzarəti bir qədər cilovlamaq üçün Parlament kənardan müdaxilələrə dözümsüz olan və özünüidarə sahəsində təcrübəli kolonistlərlə müzakirələrə girişməli idi.
Britaniya görməyə cəhd etdiyi işlərdən biri ölkədaxili təşkilat məsələsi idi. Kanadanın və Ohayo vadisinin zəbt olunması elə bir siyasət yürütməyi zəruri edirdi ki, bu siyasət Fransa və hindular sakinlərində ikrah hissi doğurmasın. Lakin burada Britaniya tacı ilə koloniyaların marağı arasında ziddiyyət yarandı. Əhalisinin sayı sür’ətlə artan və məskunlaşmaq üçün daha geniş torpaqlara ehtiyacı olan müxtəlif koloniyalar tələb edirdilər ki, onlara sərhədlərinin Qərbə Missisipi çayına qədər genişləndirilməsi hüququ verilsin. Yeni torpaqlara köçən mühacirlərin hinduları bir sıra müharibələrə təhrik edəcəyindən qorxan Britaniya hökuməti bu əqidədə idi ki, yeni torpaqlara köçmək ixtiyarı kolonistlərə tədrici əsaslarla verilməlidir. Yeni yerlərdə yaşayış məntəqələri salmağa icazə verməzdən əvvəl mövcud yaşayış məntəqələri üzərində krallıq nəzarəti kimi köçkünlərin gəlişinin məhdudlaşdıniması da rahatlıq tə’min edən yollardan biri idi. 1763-cü ilin Kralliq Bəyannaməsi Allegeni dağlan, Florida, Missisipi çayı ilə Kvebek arasındakı bütün Qərb ərazisini yerli amerikalıların istifadəsi üçün saxladı. Beləliklə, Britaniya tacı cəhd edirdi ki, 13 koloniyanın Qərb torpaqlarına olan hər cür tələbini süpürüb atsın və Qərbə doğru hərəkəti dayandırsın. Effektli şəkildə heç vaxt həyata keçirilmədiyinə baxmayaraq, bu tədbir kolonistlərin nəzərində onların Qərb torpaqlarını tutaraq, orada məskunlaşmaları ilə bağlı ən adi hüquqlanna özbaşınalığı təmsil edən e'tinasızlığın təcəssümü idi. Britaniya tə’sirinin ən ciddi ünsürü Britaniya hökumətinin yeni maliyyə siyasəti idi. Buna görə də, özünün inkişaf etməkdə olan imperiyasını müdafiə üçün Britaniya hökumətinin daha çox pula ehtiyacı var idi. Nə qədər ki, İngiltərədə vergi verənlər koloniyaların müdafiəsi üçün bütün pulları tə’min edə bilmirdilər, bu pullar güclü mərkəzi administrasiya vasitəsilə kolonial özünüidarə hesabına kolonistlərdən alınmalı idi.
Yeni sistemin tətbiqində ilk addım 1733-cü il Mət Qanununun 1764-cü il Şəkər Qanunu ilə əvəz edilməsi oldu. Mət Qanunu qeyri-ingilis bölgələrindən idxal olunan romlara və mətlərə girov və qadağan vergisi qoyurdusa, Şəkər Qanunu xarici rom idxalım tam qadağan etdi; bütün mənbələrdən alman mətlərə çox az girov müəyyən etdi və şərablara, ipəklərə, qəhvələrə və bir sı" ra başqa zövqoxşayan mallara girov qoydu. Ümid edilirdi ki, mətə girovun aşağı salınması onun Hollandiya və Fransa Qərbi Hindusundan alınması həvəsini azaldar, bu da həmin mətdən Yeni İngiltərədə rom hazırlamaq prosesində istifadəyə son qoyar. Şəkər Qanununu həyata keçirmək üçün gömrük işçilərinə daha eneıjili və daha effektli işləmək göstərişi verildi. Amerika sulanndakı Britaniya hərbi gəmilərinə tapşınidı ki, kontrabandistləri tutsunlar və "kömək vəkalətləri" və ya fərmanlar əsasında krallıq rəsmi işçilərinə səlahiyyət verildi ki, şübhə doğuran sənədləri yoxlasınlar. Həm Şəkər Qanunu ilə müəyyən olunmuş girov, həm dəonu həyata keçirmək üçün tədbirlər Yeni İngiltərə tacirləri arasında qorxuya səbəb oldu. Onlar təsdiq edirdilər ki, müəyyən edilmiş hər cür azməbləğli girovun ödənilməsi belə, onlann bizneslərinə vurulan dağıdıcı zərbə olacaqdır. Tacirlər, qanunvericilik orqanlan və kiçik şəhərlərdəki mitinqlər bu qanuna e’tiraz edirdilər. Kolonial hüquqşünaslar isə Şəkər Qanununun giriş hissəsindəki "təqdimsiz vergiqoyma" birləşməsindəki ilk eyhamı müəyyənləşdirdilər ki, bu kəlam ana yurdun əleyhinə olaraq, Amerikaya daha çox faydalıdır. Bir az sonra, 1764-cü ildə Parlament Dönər Pul Qanunu qəbul etdi ki, "Əlahəzrətin hər hansı koloniyalannda olursa-olsun, bundan sonra buraxılan kağız akkreditivlər qanuni ödənc vasitəsi olmaqdan məhrum edilir." Koloniyalar deflsit ticarət bölgəsi olduğundan və sabit dönər pul burada daim az olduğundan, bu tədbir kolonial iqtisadiyyatın yükünü ciddi şəkildə ağırlaşdırdı. Kolonial baxımdan, 1765-ci ildə qəbul edilmiş Mənzillə Tə'minetmə Qanunu da eyni dərəcədə arzuedilməz idi. Bu qanun koloniyalardan tələb edirdi ki, onlar kralliq alaylannı mənzil və ərzaqla tə’min etsinlər.
Müharibənin gizli siyasəti 1775–1783-cü illər Amerikada İstiqlal müharibəsi zamanı qəribə bir iqtisadi "oyun" baş verdi. Yun parça istehsalı ilə məşhurlaşan İngiltərə Amerika fermerlərini müflis etmək məqsədilə böyük bir iqtisadi tələ qurdu. İngiltərə hakim dairələri "Qərbə səyahət" (West travel) və "Şərq (Ost) kimi nəhəng şirkətlərin əli ilə Amerika fermerlərinə güya gizli yolla pambıq və tütün məmulatlarının satışını təşkil etdi. Qeyd etdiyimiz kimi, İngiltərə yun parça istehsalı üzrə dünyada birinci yerdə gedirdi. Pambıq parça istehsalı yun parçaya nisbətən baha başa gəlirdi və buna görə Amerika fermerlərinin uğur qazanmaq üçün heç bir şansı yox idi. Tütün istehsalına isə İspaniyanın müstəmləkəsi olan Kolumbiya başçılıq edirdi və bu sahədə müvəffəqiyyət qazanmaq mümkün deyildi.
İngiltərə məxfi orqanları adı indi də açıqlanmayan "Qərbə səyahət" şirkətinin məsul şəxsinə bu iqtisadi sazişlə bağlı yalnız bir göstəriş verdilər: Hər necə olursa-olsun Amerika fermerlərinə daha çox xam tütün və pambıq satmaq. Adı açıqlanmayan məsul şəxs bu işin öhdəsindən bacarıqla gəlmiş və Amerika fermerlərinə dünya bazarındakı qiymətlərdən daha ucuz qiymətə tonlarla xam pambıq və tütün satmışdı.
1783-cü ildə yalnız müharibə qurtarandan sonra İngiltərənin məxfi orqanlarının əlinə Corc Vaşinqtonun xam tütün və pambıqdan yüksək keyfiyyətli barıt alınması üçün Amerika fermerlərinə İngiltərədən xam tütün və pambıq idxalına icazə verən sənədin keçməsi "Qərbə səyahət" şirkətinin məsul şəxsinin ürək tutmasından vəfatı ilə nəticələndi. Çünki, bu şəxsin iki oğlu York-taun yaxınlığında gedən döyüşlərdə həlak olmuşdu və düşmənə satdığı pambıqdan hazırlanmış barıtla oğullarının həlak olmasına dözməyən həmin şəxs özünü heç cür bağışlaya bilmirdi.
Zəmin Böyük coğrafi kəşflərin ən mühüm nailiyyətlərindən biri də Amerika qitəsinin dünyaya açılmasıdır. Məlum olduğu kimi ispan səyyahı Xristof 1492-ci ildə Amerika qitəsini kəşf etsə də buranı Hindistan hesab etmiş yeni qitə kəşf etdiyini bilməmişdir. Florensiyada dəniz səyyahı Ameriqo Vespuççi 1499–1504-cü illərdə Cənubi Amerikanı kəşf etmiş və buranı Yeni dünya adlandırmışdır. Qitə 1507-ci ildən etibarən onun şərəfinə Amerika adlandırılmağa başlamışdı.
XVI əsrdən etibarən İspaniya, Fransa, İngiltərə və Niderland dövlətləri tərəfindən Şimali Amerikanın məskunlaşmasına, burada koloniyalar yaradılmasına başlandı.
Şimali Amerikada ilk daimi ingilis yaşayış məskəni 1607-ci ildə Ceyms çayı sahillərində meydana gəlmiş gələcək Virciniya ştatı idi. 1620-ci ildə Kod burnunda "May çiçəyi" adlı ingilis gəmisi İngiltərədən qalmış puritanların ilk qrupunu sahilə çıxardı. Puritanlar Yeni Plimut məskəninin əsasını qoydular.
Tədricən Atlantik okeanı sahillərində 13 ingilis koloniyası meydana gəldi:
1) Şimal koloniyaları (Yeni İngiltərə): Nyu-Hempşir, Massaçusets, Konnektikut, Rod-Aylend;
2) Mərkəzi kolonilayar: Nyu-York, Pensilvaniya, Nyu-Cersi, Delaver;
3) Cənub koloniyaları: Virciniya, Merilend, Şimali Karolina, Cənubi Karolina və Corciya.
Koloniyaçılar özləri ilə buraya burjua münasibətləri gətirmişdilər. Şimal koloniyalarında burjua münasibətləri, cənub koloniyalarında isə feodal münasibətləri aparıcı rol oynayırdı. Amerikanın həqiqi sakinləri olan irokez və alqonkin qəbilələri (cəmi 200 min nəfərə yaxın) sıxışdırılırdı. Ucuz işçi qüvvəsi kimi zənci kölələrdən istifadə olunurdu. Zəncilərin qitəyə gətirilməsi 1619-cu ildən başlanmış və sonralar olduqca sürətlənmişdi.
Koloniyaların idarə edilməsi demək olar ki, ingilis kralı tərəfindən həyata keçirilirdi. O koloniyaların çoxuna qubernatorlar təyin edirdi ki, bütün icra və məhkəmə hakimiyyəti onların əlində olurdu.
Artıq XVIII əsrin ortaları üçün kolonistlərin əksəriyyəti özünü amerikanlı hesab edirdi. Burjua inqilabı ərəfəsində amerikan maarifçiliyi ideyaları geniş yayılmışdı. Bu maarifçilik ingilis və fransız maarifçiliyi ideyalarının təsiri altında formalaşmışdı. Amerikan maarifçiliyinin başlıca postolatı təbbi hüquqlar və ictimai saziş nəzəriyyələri idi ki, bu nəzəriyyələr koloniyaların müstəqillyinə haqq qazandırırdı.
Amerikan maarifçiliyinin görkəmli nümayəndələri Bencamin Franklin (1706–1790), Tomas Cefferson (1743–1826) və Tomas Peyn (1737–1809) idilər. B. Franklin maarifçi – filosof, siyasətçi və iqtisadçı idi. O, yaranmaqda olan cəmiyyətin fərdiyyətçiliyəəsaslanan əxlaq kodeksini əsaslandırmış, qul əməyini pisləmişdi. T. Ceferson və T. Peynin maarifçilik ideyaları isə inqilab illərində parlamışdı.
Müharibə
XVIII əsrin 60-cı illərində Şimali Amerika koloniyalarında kütləvi azadlıq hərəkatı başlandı. İngiltərə hökumətinin aqrar və sənaye sahəsində qoyduğu məhdudiyyətlər, 1765-ci ildə verilmiş gerb rüsumu qanunu kolonistlərin səbrini tükəndirmişdi. Koloniyaçılar İngiltərədə gətirilmiş gerbli kağızları məhv etmiş, gerb rüsumu yığanları isə soyunduraraq qatranlamışdılar. İngiltərə hökuməti gerb rüsumunu ləğv etməyə məcbur olsa da koloniyalarının istismarını gücləndirmək üçün müxtəlif vasitələrdən əl çəkməmişdi.