Qəzənfər Ağayev (tam adı: Qəzənfər Arif oğlu Ağayev; ) — azərbaycanlı dövlət xadimi; Yardımlı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006), Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006–2012), Astara rayonunun İcra Hakimiyyətinin Başçısı (2012—).
Həyatı və təhsili Qəzənfər Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Qəzənfər Ağayev Azərbaycan Texnologiya Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır.
Əmək fəaliyyəti Qəzənfər Ağayev 1984–1986-cı illərdə Naxçıvan şəhərində inşaat trestində, 1987–1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.
1994–2000-ci illərdə "Xal-xal" Kommersiya Firmasının rəhbəri olan Qəzənfər Ağayev, 2000–2005-ci illərdə Vergilər Nazirliyində bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
Qəzənfər Ağayev 2005-ci ildən 2006-cı ilə qədər Yardımlı rayonunun icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Yardımlı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O, 30 sentyabr 2006-cı il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Masallı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O, 14 aprel 2012-ci il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Astara rayonu icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Ailəsi Qəzənfər Ağayev ailəlidir, 2 övladı var.
İstinadlar
Kateqoriya:Astara Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Masallı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yardımlı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycanın yerli icra hakimiyyəti orqanlarının başçılarının müavinləri