Maks Veber (; ) — alman sosioloqu, tarixçisi. Maks Veberin ən böyük və populyarlıq qazanmış əsərləri "Protestant işçi etikası" və "Kapitalizm ruhu və iqtisadiyyat və cəmiyyət", həmçinin sosioloji metodologiya, idarəçilik və din haqqındakı olan işləridir. Bütün bu işlərinin nəticəsi olaraq Maks Veber sosiologiya və sosial elmlərin inkişafında müstəsna xidmətlər göstərib və buna görə də Karl Marks və Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan şəxslərdən biri sayılır.

Həyatı Cəmiyyət haqqında müasir elmlər içərisində alman mütəfəkkiri Maks Veberin (1864- 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proqnozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumiləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir. Onlar öz adlarını sırf şərti olaraq, ancaq praktiki məqsədlər üçün tarixin sxematik tipləşdirilməsi məqsədi xatirinə daşımışdır. Lakin bu o demək deyildir ki, Veber müxtəlif inkişaf mərhələlərində ictimai münasibətlərin bərqərar olunmasına təsir edən müəyyən amillərin varlığını inkar edir. Söhbət təkcə öz fəaliyyəti ilə tarixin gedişinə təsir edə bilən təsadüfi şəraitdən, yaxud ayrı-ayrı şəxsiyyətlərdən deyil, daha zəruri məsələlərdən gedir. Bunlar Veberin fikrincə, tarixi dövrlərin təsnifatı kriteriyaları hesab oluna bilər. Veber tarixi şərti olaraq üç böyük dövrə bölür: ənənəvi, feodal, kapitalist adlı bu dövrlər üçün ümumi olan cəhət adamların birinin digəri üzərində ağalığıdır. Amma ağalıq yaxud idarəçilik formaları və onları doğuran səbəblər müxtəlif olmuşdur.

Ağalığın təsnifatı Veberə görə, üç hökmranlıq növü hökm sürmüşdür və mövcuddur. Bunlar ənənəvi, xarizmatik və rasional tiplərdir. Ənənəvi yaxud antik cəmiyyətdə ağalıq, yəni hakimiyyətin hökmdarlar və onlara tabe olanlar tərəfindən müqəddəs və ənənəvi olaraq ən qədim zamanlardan irsən keçmiş olmasına əsaslanırdı. Bu cəmiyyətdə ağa ilə tabe olan arasındakı münasibətlər iqtisadi, yaxud da inzibati prinsiplərlə müəyyən olunmur, ənənəvi borc hissi ilə, tabe olanın öz ağasına sədaqəti ilə müəyyən edilir. Nümunə olaraq feodalizm dövrünü göstərmək olar. Bu dövrdə torpaq sahibkarları kraldan hansısa bir qanun əsasında yox, sadəcə olaraq sadiqlik və yaxınlıq əlamətlərinə görə asılı vəziyyətdə idilər. Kral heç bir qanuna əsaslanmadan özündən aşağı statusda olan istənilən torpaq sahibkarını və yaxud digər şəxsi mülkündən azad edə və ya ona hansısa mülk bağışlaya bilərdi. Bu tip sistemin ən zəif cəhəti isə qanun yox, sırf yaxınlıq, dostluq və sədaqətlilik prinsipləri üzərində qurulmasıdır. Belə olan təqdirdə sadə insanlar irəli getmək üçün ağa və ya kral ilə dostluq əlaqəsi qurmalı idilər, bu isə hər kəsin etmək istədiyi bir şey deyildi. Bir nüansı qeyd etmək yerinə düşərdi ki, ənənəvi ağalıq yalnız dövlət səviyyəsində deyil, hətta ailə səviyyəsində də müşahidə olunur. Məsələn, patriarxal cəmiyyətlərdə ailədə atanın sözü ananın sözündən daha keçərlidir. Atalar bir növ rəhbər, hakim funksiyasını yerinə yetirir. Bu hökmranlıq ona hansısa konstitusiyonal qanunla yox, yalnız və yalnız cəmiyyət tərəfindən verilib, çünki həmin cəmiyyətdə tarixən kişilər qadınlardan daha üstün mövqedə olublar. Ağalığın xarizmatik forması tamamilə hakimin şəxsi ləyaqəti ilə şərtlənir ki, onu əhatə edənlərin və ona tabe olanların gözündə fövqəltəbii, fövqəlinsan, yaxud Allah tərəfindən göndərilmiş kimi görünür. Xarizmatik hakim (lider) xüsusi, qeyri-adi keyfiyyətlərə malik olub, öz tərəfdarlarının gözündə pak, təmiz hesab olunur. Xarizmatik lider rolunda dini vaiz, peyğəmbər, siyasi xadim, sərkərdə və b. çıxış edə bilər. Xarizmatik idarəçilik öz mahiyyətinə görə irrasionaldır, çünki heç bir qayda ilə nizamlanmır. Həmin idarəçilik liderin (hakimin) populyarlığı, xalq arasında etibarı olana qədər hökm sürür. Onun çoxsaylı tərəfdarları, yetirmələri və ardıcılları olur. Ənənəvi idarəçiliyə oxşar olaraq, bu tip ağalığın da ən zəif cəhəti qanun yox, şəxsi ləyaqətin daha vacib olmasıdır. Qanun olmadığı üçün lider, nəticəsindən asılı olmayaraq, istənilən hərəkəti edə və siyasəti yürüdə bilər. Ona etiraz edənlərin isə cəzalanma ehtimalı olduqca yüksəkdir. Bu tip idarəetməni müasir dövrdə Şimali Koreyada görmək mümkündür. Lider öldüyü zaman isə bu quruluş olduqca çətin zaman yaşayır. Əksər hallarda ölən lideri əvəzləyən şəxs onun qədər xarizmatik və sözükeçən olmadığı üçün daxili münaqişələrin yaranma ehtimali olduqca artır, bəzi hallarda isə quruluş çökür və yenisi ilə əvəz olunur. Rasional (məntiqlə, qanunla) və ya büroktarik idarəçilik tipində isə bütün hakimiyyət qanunun aliliyi əsasında qurulur. Bu sistem bütün dünyada kapitalizmin dirçəlişindən sonra yayıldı. Belə ki, kapitalizm kimi mürəkkəb sistemi idarə etmək üçün mütləq şəkildə qanunların hazırlanması və tətbiqi zəruri idi. Liderdən tutmuş hakimiyyətin ən aşağı təbəqəsinə kimi bütün vəzifələrə seçkilər və təyinatlar şəxslərin bacarıqları, təhsili və qabiliyyətinə əsasında aparılır. Veberə görə, bu idarə etmə sistemi qanunun aliliyinə görə ən davamlı, möhkəm və effektiv idarəetmə üsulu olmaqla, əsasən böyük ölçüsü (ərazi,əhali,işlərin miqyası) olan cəmiyyətlər üçün səmərəlidir. Qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. Cəmiyyətin üzvləri hüquqların dövlət hakimiyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər. Karl Marksdan fərqli olaraq Veberə görə heç də hər bir hakimiyyəti iqtisadi şərait doğurmur və hər bir hakimiyyət çox az hallarda iqtisadi məqsədlər güdür. Lakin hər bir hakimiyyət forması bəzi adamların digər adamlar üzərində nəzarəti üçün inzibati kadrlara, yaxud da dövlət bürokratiyasına ehtiyac hiss edir. Kapitalizmin təsərrüfat və idarəçilik sistemi kimi üstünlüyü və mükəmməlliyi kapitalist müəssisəsinin qazancının əməyin və istehsalın səmərəli təşkili ilə əlaqədardır. Doğrudur, burada söhbət ümumiyyətlə kapitalizmdən deyil, Qərb kapitalizmindən gedir. Veber inkişafı bir və bir neçə qanunauyğunluqla determinə edilə bilən vahid kapitalizmin mövcudluğunu inkar edir. O, köklü surətdə bir- birindən fərqlənən bir neçə kapitalizm tipini göstərir. Bu fərqlərin əsasında dini etiqadlar və əməyin təşkili formaları durur. Buradan tamamilə aydın olur ki, M.Veber kapitalizmin Qərb modelinin apologeti rolunda çıxış edir. Qərb kapitalizminin ən mühüm cizgisi onun səmərəli intizamla qazanca olan cəhdinin çulğalaşmasıdır.

Din və sosial dəyişikliklər Özündən əvvəlki bir çox sələfləri kimi, M.Veber də cəmiyyətin tarixinin başa düşülməsində dinə böyük əhəmiyyət verir. Məsələn, onun fikrincə kapitalizmin Qərb modelinin təzahüründə protestantizm mühüm rol oynamışdır. Veber siyasi, iqtisadi və mədəni sahələrdə lider mövqe qazanmış şəxslərin mənsub olduqları dinə baxdıqda onların əksəriyyətinin protestant olduğunu sezmişdir. Bundan əlavə olaraq, Veber nəyə görə təbii sərvət və işçi qüvvəsi cəhətdən Qərb ölkələrindən də irəlidə olan Hindistan və Çin kimi nəhəng ölkələrin sosial-iqtisadi cəhətdən inkişaf etmədiklərini araşdıranda bir daha din faktorunun bu vəziyyətin yaranmasının başlıca səbəb olduğunu görüb. Şərqdə mövcud olan dinlər (hinduizm, konfusizm, İslam) konservativ olduqları və insanları daha çox qeyri-dünyəvi işlərlə (məsələn İslam dinində axirət dünyası ilə) məşğul olmağa çağırdığı halda, protestantizm, katolik mənsəbindən fərqli olaraq, insanları daha çox maddi dünyanın işləri ilə məşğul olmaqa, pul qazanmaqa və biznes qurmağa, amma eyni zamanda, lüks həyatdan və mənasız yerə vaxt keçirməkdən uzaq durmağa çağırır. O dövrdə populyarlıq qazanmağa başlayan kelvinizm (Con Kelvinin başlatdığı dini hərəkat və idealar) protestant idealara əlavələr edərək o ideyaları insanlar arasında daha da məşhurlaşdırır və daha çox insan bu ideyalara tabe olmağa və həyatını o ideyalar əsasında formalaşdırmağa başlayır. Con Kelvin iddia edir ki, insanın taleyi insan dünyaya gəlməmişdən qabaq Allah tərəfindən müəyyən olunur. Bunu dəyişdirmək mümkün deyil. Lakin əgər insan Allah tərəfindən seçilmiş bir insan olduğuna əmin olmaq üçün Allahın ona bəxş etdiyi iş və nemətlərdən (ağıl, bacarıq, maddiyyət) maksimum dərəcədə düzgün və səmərəli istifadə etməlidir. Bunu etdiyi halda o insan özünü rahat və Allah tərəfindən digər dünyada mükafatlandırılacağını güman edə bilər. Kelvinizmin bu ideyası insanları əllərindən gəldiyi qədər effektiv və məhsuldar iş görməyə vadar edir. Nəticədə yeni kəşflər ortaya çıxır, böyük biznes və ticarət əlaqələri yaranır. İstehsal vasitələrinin və biznesin sahibi olan şəxslər sadə camaatı işlədərək (əksər hallarda xoşagəlməz şəraitdə və aşağı maaşla) məhsuldarlığı artırır. Beləcə cəmiyyət sosial təbəqələrə bölünməyə başlayır və kapitalizmin ilk toxumları səpilir. Təəssüf ki, bəzi imkanlı şəxslər əməyindən faydalandığı işçiləri dəhşətli formada istismara, qazandıqları pulları lüks həyata, mənasız yerlərə xərcləməyə başlayırlar. Ümumilikdə, Maks Veberin bu araşdırması din faktorunun necə bir dəyişikliyə səbəb ola biləcəyini bizlərə nümayiş edir. Lakin Veber sonda bunu da qeyd edir ki, din faktoru bu dəyişikliklərə tək başına nail olmur. Kelvinizm və protestantizmlə yanaşı texnologiyanın sürətli inkişafi, urbanizasiya (kənd əhalisinin şəhərə axını və proletariatı formalaşdırması), ticarətin güclənməsi və feodalizmin iflası da bu sosial-iqtisadi dəyişiklərdə böyük rol oynayıb. Veber, Protestan Əxlaqı və Kapitalizmin Ruhu əsərində, Protestanlıq və onun qollarının, dünyəvi həyata necə önəm verdiyinə belə diqqət çəkmişdir: “- Xristianlığın əxlaqi təklifləri ilə, əlaqəli olaraq Katolik anlayış çərçivəsində edilən ilahi planlar və normalar ayırımı bir yana buraxılır və beləliklə, sənəd qavramı məsələsində bütün Protestant məzhəblərin diqqət mərkəzində olan bu dogma ifadə edilməyə başlanır: thumbnail|"Protestant iş etikası və Kapitalist Ruhu" kitabı“ Həyatda Tanrının xoş qarşılayacağı əsas vasitə, keşişcə sofuluq yolu ilə dünya içindəki əxlaqlılığın aşılması deyil, tam tərsinə, fərdin sosial vəziyyətinin nəticəsi olaraq meydana çıxan və beləliklə, onun “sənədi” olmuş dünya içi vəzifələri yerinə yetirməyi qəti şəkildə bilməkdir.”Max Weber. Protestan Ahlakı ve Kapitalizmin Ruhu. Çeviri. Milay Köktürk. BilgeSu Yayıncılık. 4.baskı. Kızılay, Ankara 2019. Səh. 46

Julian Freund Veberin dinlə bağlı çalışmalarını aşağıdakı şəkildə qruplaşdırmışdır: - İqtisadi güclər Protestanlığa təsir etdi; - İqtisadi güclər eyni zamanda digər dinlərə də (Hinduizm, Konfutsizm, Taosizm) təsir etdi; - Dini fikir sistemləri fərdi düşüncələrə və davranışlara, xüsusi olaraq, iqtisadi düşüncələrə və davranışlara təsir etdi; - Dini fikir sistemləri tarix boyu bütün dünyada təsirli olmuşdur; - Dini fikir sistemlərinin (ələlxüsus Protestanlıq) iqtisadi alanı və digər qurumları, rasionallaştırmağa kömək etməklə birlikdə, Qərbdə böyük iz buraxmışdır.George Ritzer, Jeffery Stepnisky- Sosyoloji Kuramları. Çeviren: Himmet Hülür. De Ki Basım Yayım Ltd.Şti. 2018. Səh.145 Maks Veber bir çox dinləri araştırdığı kimi İslam dinini də araştırmışdır. Onun İslam haqqında ümumi görüşlərini aşağıda qeyd edəcəyik.

İslam dini haqqında görüşləri Veber yaşadığı əsrin orientalist fikirləri ilə İslama yanaşmaqda idi. Veber, İslam haqqında öz fikirlərini, özünün “Din Sosiologiyası” əsərində əks etdirir. Veber də çağdaşı olduğu orientalistlər kimi, İslamın ortaya çıxdığı dövrü, peyğəmbərin şəxsiyyətini, İslam hüququnu və əxlaqını araştırmış və bu yönlərdən fikirlər söyləmişdir. Veberə görə, hedonizm ( Veber İslam əxlaqını hedonizm adlandırırdı), qədərilik