Otman Bozdağ palçıq vulkanı — Azərbaycanda, Qaradağ dəmir yolu stansiyasından 5 km şimal-qərbdə yerləşən palçıq vulkanıElman Yusifov. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri. Bakı: Nurlar NPM, 2007..
Quruluşu Yüksəkliyin mərkəz hissəsini diametri 300 metr olan vulkan krateri tutur. Kəsik konus şəklində olan kraterin kənarları 6 metr hündürlüyündə bəndlə hüdudlaşmışdır. Onun dik yamacları dərin yarüanlarla kəsilmişdir. Otman Bozdağının qrifon və salçaları iki qrupdan ibarətdir. Palçıq vulkanı rayonunun geoloji quruluşunda pliosen çöküntüləri iştirak edir.
Püskürmə fəaliyyəti Otman Bozdağının püskürmə fəaliyyəti haqqında maraqlı məlumatlar vardır. Məsələn, 1845-ci il yanvarın 22-də baş vermiş güclü püskürmə 3 saat davam etmişdir. Brekçiyanın tədqiqi vulkanın bir neçə dəfə – 1845, 1904, 1951, 1965-ci illərdə püskürdüyünü göstərir. 1965-ci il oktyabrın 1-də saat 11.50-də bir saat yarım davam edən növbəti püskürmə baş vermişdir. Brekçiyanın tutduğu sahə 10 km²-dən artıq olmuşdur.
Növbəti püskürmə 12 dekabr 1994-cü ildə baş vermişdir. Partlayış nəticəsində yaranmış alov sütununun hündürlüyü 60–70 m-ə çatmışdır. Yaranmış brekçiya örtüyü 5 ha sahənin tutmuş, orta həcmi 63 m³ olmuşdur. Püskürmə nəticəsində uzunluğu 450 m, eni 2 m, dərinliyi 3 m olan 3 ədəd nəhəng çat yaranmışdır.
Vulkanın qeydə alınmış 8-ci püskürməsi 2004-cü ildə olmuşdurQaradağda püskürən vulkandan — Fotolar + Video . qafqazinfo.az, 07.02.2017.
Sonuncu püskürmələr 6 fevral 2017-ci ildə vulkanda iki püskürmə baş verib. Vulkan iki fazada püskürüb. Birinci faza təxminən saat 12:20, ikinci faza isə 14:18 radələrində qeydə alınıb. Aparılan ilkin tədqiqatlar nəticəsində məlum olub ki, ikinci faza zamanı daha qüvvətli partlayış baş verib. Birinci püskürmə 3 dəqiqə 23 saniyə, ikinci isə 6 dəqiqə davam edib. İkinci partlayış zamanı alovun hündürlüyü təxminən 270–300 metrə çatıb. Vulkanının püskürməsi nəticəsində ətraf ərazilərin landşaft örtüyü yanıb. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3–5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib. 2018-ci ilin 23 sentyabr saat 08:53 radələrində palçıq vulkanında bir illik fasilədən sonra birinci püskürmə baş verib. İkinci püskürmə saat 09:58 radələrində qeydə alınıb. Alovun hündürlüyü 200–300 metr olmuşdur. Püskürmədən sonra ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar əmələ gəlmişdir.
11 oktyabr 2025-ci ildə Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb. Üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib. İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib. Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib. Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olmuşdur. Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.
26 sentyabr 2026-cı il tarixində Qaradağ rayonunda yerləşən Otman-Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb. Püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb. Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.
Həmçinin bax Torağay palçıq vulkanı Kolanı palçıq vulkanı
İstinadlar
Xarici keçidlər Qaradağda püskürən palçıq vulkanının görüntüləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızının açıqlaması ETSN: Qaradağda vulkan püskürməsinin aktivliyi dayanıb
Kateqoriya:Azərbaycanın palçıq vulkanları Kateqoriya:Qaradağ rayonu