Ağkənd — Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunda bir kənd.
Tarixi Kəndin əhalisi 1918-ci ilə qədər yalnız türklərdən və azərbaycanlılardan ibarət olmuşdur. 1918-ci ildə kəndin əhalisi ermənilər tərəfindən kənddən qovulmuşdur. Sovet hökuməti qurulduqdan sonra, 1922-ci ildə əhalinin bir hissəsi geri qayıtmış və kənddə ermənilərlə qarışıq yaşamışlar. Ağkəndə ilk erməni ailələri (ilkin olaraq 172 nəfər) 1922–1925-ci illərdə məskunlaşmağa başlayıblar. XX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi sıxışdırılıb çıxarılmışdır. 1966-cı ildə kənd ermənicə Aşotavan adlandırılmışdır. Bəzi mənbələrə görə kəndin keçmiş adı Əxikənd olmuşdur,
Əhalisi 2001-ci ildə Ermənistan hökuməti tərəfindən həyata keçirilən siyahıyalmanın nəticələrinə görə kənddə 449 nəfər yaşayır. Hazırda kəndin bütün əhalisi buraya sonradan gəlmiş ermənilərdən ibarətdir. İl 1897 1926 1939 1959 1970 1979 2001 2004 Əhali sayı 670 300 621 577 502 478 449 427
İqtisadiyyatı
Tarixi abidələri Kəndin yaxınlığında 14-cü əsrdə tikilmiş Səlim karvansarası yerləşir.
Həmçinin bax Qərbi Azərbaycan
Mənbə B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. B.1998.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri