Macarıstan krallığı — 1000–1944-cü illər arasında Mərkəzi Avropada mövcud olmuş krallıq. Krallığın ilk hökmdarı Müqəddəs I İştvan, son hökmdarı IV Karl olmuşdur.
Adı Latın dilində Regnum Hungariae və ya Ungarie (Regnum latınca krallıq deməkdir); Regnum Marianum (Məryəm Krallığı); və ya sadəcə Hungaria, krallığın ilk illərindən 1840-cı illərə qədər Latın dilində rəsmi sənədlərdə istifadə edilən adlar idi.
Almanca adı Königreich Ungarn rəsmi olaraq 1784–1790-cı illərdə və 1849–1860-cı illər arasında istifadə edilmişdir. Macarca adı (Magyar Királyság) 1840-cı illərdə, sonra yenidən 1860-cı illərdən 1946-cı ilə qədər istifadə edilmişdir. Krallığın qeyri-rəsmi macarca adı — hələ də danışıq dilində olan — Magyarország da həmçinin Macarıstanın rəsmi adı idi.
Krallığın digər danışıq dillərində olan adlarl bunlar idi: , , , , , və Fiume şəhərində .
Avstriya-Macarıstanda (1867–1918) qeyri-rəsmi Transleitaniya adı bəzən Macarıstan Krallığının bölgələrini ifadə etmək üçün istifadə olunurdu. Rəsmi olaraq, Müqəddəs İştvan Tacının Torpaqları termini Avstriya-Macarıstanın Macarıstan hissəsi üçün daxil edilmişdir, baxmayaraq ki, bu termin bundan əvvəl də istifadə edilmişdir.
Paytaxt şəhərləri AdıDövrSekeşfexervar1000–1543Esterqom1000–1256Buda1256–1315Temesvár (indiki Timișoara)1315–1323Vişeqrad1323–1408Buda1408–1485Vyana (Bécs)1485–1490Buda1490–1536 (1541)Lippa (indiki Lipova, Rumıniya) – Şərqi Macarıstan krallığı1541–1542Gyulafehérvár (indiki Alba Iulia, Rumıniya) – Şərqi Macarıstan krallığı1542–1570Pressburq (indiki Bratislava)1536–1784Buda1784–1849Debretsen1849Buda1849–1873Budapeşt1873–1944Debretsen1944Budapeşt1944–1946
Tarixi
Quruluşu Arpadın başçılıq etdiyi macarlar 895-ci ildə Karpat hövzəsində məskunlaşdılar və Macar knyazlığını (896–1000) qurdular.Acta orientalia Academiae Scientiarum Hungaricae, Volume 36 Magyar Tudományos Akadémia (Hungarian Academy of Sciences), 1982, p. 419 Macarlar, Lexfeld döyüşündə Müqəddəs Roma İmperatoru I Otto tərəfindən dayandırılana qədər Qərbi Avropaya bir neçə uğurlu hücumlar ediblər.
Orta əsrlər 1000–1526-cı illər arasında müstəqil bir ölkə olan Macarıstan krallığının torpaqlarının böyük bir qismi Mohaç döyüşündən sonra Osmanlı İmperiyasının əlinə keçdi. Torpaqların geri qalan hissəsi Habsburqlar sülaləsinin idarəsi altında muxtar bir krallıq olaraq mövcudluğunu qoruyub saxladı. 1686-cı ildə başda Budin (Budapeşt) olmaqla Macarıstanın böyük bir hissəsi Habsburqların əlinə keçdi.
Yeni tarix 1867-ci ilə qədər Macarıstan krallığı Avstriya İmperiyasının bir parçası oldu. Bu dönəmdə Macarıstan krallığı öz məclisinə və konstitusiyasına sahib idi, amma məclis üzvləri Habsburqlar sülaləsi tərəfindən təyin edilirdi. 1867-ci ildə Avstriya-Macarıstan İmperiyası quruldu. Bu cüt monarxiya sistemi Birinci Dünya müharibəsinin sonuna qədər yaşadı. 1920–1946-cı illər arasında Macarıstan krallığı yenidən müstəqil ölkə oldu. 1946-cı ildə Macarıstan Xalq Respublikasının qurulmasıyla Macarıstan krallığı rəsmən ləğv edildi.
İstinadlar
Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Macarıstanın ərazi dəyişiklikləri Kateqoriya:Avropa tarixi Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Krallıqlar Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:Serbiya orta əsrlərdə Kateqoriya:1920-ci ildə yaranmış dövlətlər və ərazilər