Vosketap və ya Şirazlı — Ermənistanda (tarixi Vedibasar mahalının) Vedi rayonunda kənd.

Tarixi Şirazlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir.

"İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д. Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К. П. Казловского, 1913, s.295 qeyd edilmişdir.

Kənddə 1873-cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904-cü ildə 229 nəfər, 1914-cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.86–87, 156–157. 1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 130 erməni, 1931-ci ildə 256 nəfər azərbaycanlı, 182 nəfər erməni, 1972-ci ildə 2616 nəfər azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.239–240 yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar. İndi ermənilər məskunlaşıb.

Toponim oğuzların şirazlı etnonimiF. Kirzıoğlu. Rəvan türkləri, "Vətən həsrəti" qəz., 18. VI. 1993 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vosgetap qoyulmuşdur.

Əhalisi 11 may 1988-ci ildə Vedi rayonunun (Ararat) Şirazlı kəndində azərbaycanlılara dəyən ən ağır zərbə. 30-a qədər ev yandırıldı və dağıdıldı. 1 uşaq və 1 nəfər seyid bu toqquşmanın qurbanı oldu. Xeyli adam yaralandı.Eldar İsmayıl. "Ermənistan türklərinin 1988-ci il soyqırımı" (yenidən işlənmiş ikinci nəşri); Redaktor: Arif Məmmədli. Bakı, "Səda" nəşriyyatı, 2014. ISBN 5-86874-125-0. səh.227

Görkəmli şəxsiyyətləri Bəylər Əyyubov Səttar Səfərov (18 iyul 1937 – 21 may 2011-ci il) — iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış (1995-ci il) və II çağırış (2000-ci il) deputatı Oruc Məmmədov (7 avqust 1946-cı il) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1995–2000)

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri