Ramiz Yaqub oğlu Rzayev () — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2005–2023), Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini (2000–2005), Baş prokurorun müavini — respublikanın hərbi prokuroru (1995–2000), II dərəcəli dövlət ədliyyə müşaviri (2002), general-mayor (1998), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2008).
Həyatı Ramiz Yaqub oğlu Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə Ramiz Rzayevə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
6 mart 2023-cü ildə Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.
Ailəlidir, 3 övladı var.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Baş Prokurorun 23 fevral 2001-ci il tarixli əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikasının Hərbi prokurorları Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrləri Kateqoriya:Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvləri Kateqoriya:Şabran rayonunun prokurorları Kateqoriya:Beyləqan rayonunun prokurorları Kateqoriya:II dərəcəli dövlət ədliyyə müşavirləri Kateqoriya:Azərbaycanın baş prokurorlarının birinci müavinləri Kateqoriya:"Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif olunanlar