Akaba körfəzi ya Əqəbə körfəzi (; ) — Qırmızı dənizin şimalında yer alan körfəz. İsraildə Eylat körfəzi adıyla bilinir. Qərbində Sinay yarımadası, şərqində Səudiyyə Ərəbistanı, şimalında isə İsrail və İordaniya yerləşir. Körfəzin sahəsi 3700 km², sahil xəttinin uzunluğu 180 km, maksimal dərinliyi 1828 m, şəffalığı 50 m təşkil edir. Şimalında üç əhəmiyyətli liman şəhəri, Taba (Misir), Eylat (İsrail) və Aqaba (İordaniya) var.
Xarici keçidlər The Red Sea Marine Peace Park
Kateqoriya:Misir körfəzləri Kateqoriya:İsrail körfəzləri Kateqoriya:İordaniya körfəzləri Kateqoriya:Səudiyyə Ərəbistanı körfəzləri Kateqoriya:Qırmızı dəniz körfəzləri Kateqoriya:Qırmızı dənizin su obyektləri Kateqoriya:Böyük Rift Dərəsi