Əflatun Xudkar oğlu Kərimov () — tibb elmləri doktoru, professor.
Həyatı Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960–1966-cı illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub.
1968–1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983–1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub.
1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur.
1971-ci ildə "Бронхологические методы исследования при различных заболеваниях легких" namizədlik dissertasiyasını, 1989-cu ildə isə "Аспергиллез легких" doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.
2015-ci il 19 dekabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adı ilə təltif olunub.
Görkəmli cərrah, tibb elmləri doktoru, professor Bəybala Abbasovun qardaşıdır.
İstinadlar
Mənbə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycan onkoloqları Kateqoriya:Azərbaycan alimləri