System of a Down (SOAD) — 1994-cü ildə Los-Ancelesdə yaradılmış, Amerika ermənilərindən ibarət Hevi metal qrupu. 1997-ci ildən etibarən qrup üzvləri: Serj Tankyan, Con Dolmayan, Daron Malakiyan, Şavo Odacyan. Toplamda 4 dəfə Qremmi mükafatına namizəd olan System of a Down, 2006-cı ildə "B. Y. O. B" mahnısı ilə, "Ən yaxşı Hard Rok Performansı" nominasiyası üzrə Qremmi mükafatı qazanıb. Eyni ildə dağılan qrup üzvləri, 2010-cu ildə yenidən bir araya gəlib. 2020-ci ildə iki yeni mahnıları xaric ("Protect the Land" və "Genocidal Humanoidz"), System of a Down 2005-ci ildə Mezmerize və Hypnotize albomlarından sonra heç bir yeni material təqdim etməyiblər.

Diskoqrafiya System of a Down (1998) Toxicity (2001) Mezmerize (2005)

Hypnotize (2005)

Kateqoriya:ABŞ musiqi qrupları Kateqoriya:1995-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Kaliforniya musiqi qrupları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Epic Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ erməniləri Kateqoriya:1994-cü ildə yaranan musiqi qrupları Kateqoriya:Kvartetlər