Hansa Records (Hansa, Hansa Musik Produktion və ya Hansa International) – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma leyblı.Hansa Records Alman leyblının rəsmi saytı 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.

İstinadlar

Kateqoriya:Almaniya səsyazma şirkətləri Kateqoriya:Almaniya musiqisi