"Sardanapalın ölümü" () — fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş 5-metrlik tarixi motivli tablo
Tarixi Rəsm əsəri 1827-1828 ci illərdə Luvrda sərgilənmişdir. Bu əsərə görə Ejen erotomaniya və qəddarlıq hərisliyində günahlandırılaraq şiddətli tənqid atəşinə tutulmuşdur.
Süjeti Ejen Delakrua Bayron Corc Qardonun "Sardanapal" dramından götürmüşdür. Əsərdə o, Sardanapalın özünə qəsd etdiyi tax-tac yerinə dəb-dəbəli loja təsvir edilmişdir.
Assuriya çarı haqqında əfsanəyə əsasən: o, ölkənin idarəsini özbaşına buraxan, əxlaqsızlığı ilə məşhur olan hökmdar olmuşdur. Onun zülmünə qarşı baş qldırmış üsyanı yatırda bilməməsi üzündən özünə qəsd edərək öldürmüşdür. Əsərdə onun öz atını, itini və qadınlarını öldürtməsi və var-dövlətini məhv etməsi təsvir edilmişdir. Bununla Ejen öz əməllərində xeyirhaq olmayanları xəbərdarlıq etmək istəmişdir. Əsərdə çar Sardanapal öz səltənətinin dağılmasına, yanıb külə dönməsinə baxmayaraq rahat simada, həzz almış kimi təsvir edilmişdir. Ejenin əsəri "Sardanapalın ölümü" dövrünün tənqidçilərinə görə hary salır, hədələyir və allahın adından danışır.
Mənbələr Rose-Marie Hagen, Rainer Hagen: Bildbefragungen – Meisterwerke im Detail. Taschen, Köln 1994.
Xarici keçidlər
"Saradanapalın ölümü" "Saradanapalın ölümü"
Kateqoriya:Ejen Delakruanın rəsm əsərləri Kateqoriya:1827-ci ildə yarananlar Kateqoriya:Luvr muzeyinin kolleksiyasındakı rəsm əsərləri Kateqoriya:Atları təsvir edən rəsmlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri