Həzi Arif oğlu Aslanov () — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru

Həyatı

Həzi Aslanov 17 Sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir.

Təltif və mükafatlar Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisləri Kateqoriya:Azərbaycan DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisləri