thumb|200px|Hayle Selassi Hayle Selassi (), əsl adı Tafari Makonnen (), () — Efiopiyanın sonuncu imperatoru (1930–1974).

Efiopiyanı modernləşdirməyə çalışan Selassi siyasi və sosial islahatlar həyata keçirmiş, o cümlədən 1931-ci il Konstitusiyasını qəbul etdirmiş və 1942-ci ildə Efiopiyada quldarlığı ləğv etmişdir. O, İkinci İtaliya-Efiopiya müharibəsi zamanı imperiyaya rəhbərlik etmiş və məğlubiyyətdən sonra Böyük Britaniyaya sürgün olunmuşdur. İtaliyanın Şərqi Afrikanı işğalı başladıqda Faşist İtaliyasına qarşı Efiopiyanın mübarizəsini əlaqələndirmək üçün Britaniya–Misir Sudanına getmişdir; İkinci Dünya müharibəsinin Şərqi Afrika kampaniyasından sonra ölkəsinə qayıtmışdır.

Selassi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1950-ci ildə yaradılmış Efiopiya və Eritreya Federasiyasını ləğv etmiş və Eritreyanı Efiopiyanın vilayətlərindən biri kimi ilhaq etmiş, eyni zamanda Eritreyanın ayrılmasının qarşısını almaq üçün mübarizə aparmışdır.

Beynəlmiləlçi siyasətçi kimi Selassi Efiopiyanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasına rəhbərlik etmişdir.Karsh, Efraim (1988), Neutrality and Small States. Routledge. , p. 112. 1963-cü ildə o, Afrika İttifaqının sələfi olan Afrika Birliyi Təşkilatının yaradılmasına rəhbərlik etmiş və onun ilk sədri olmuşdur. 1960-cı illərin əvvəllərində Kvame Nkruma kimi tanınmış Afrika sosialistləri "Afrika Birləşmiş Ştatları"nın yaradılmasını nəzərdə tuturdular. Onların ritorikası Qərbin əleyhinə idi, Selassi isə bunu özünün müttəfiqlik münasibətləri üçün təhlükə kimi görürdü. O, təşkilat daxilində daha mülayim mövqenin formalaşmasına təsir göstərməyə çalışırdı.

Həyatı Tafari Makonnen adı ilə Efiopiyanın şərqindəki Harer şəhərində qubernatorun oğlu olaraq dünyaya gəlmişdir. II Menelikin ölümündən sonra baş verən siyasi qarşıdurma şəraitində V İyasuya qarşı çıxan qüvvələrin dəstəyi ilə hakimiyyətə yüksəlmişdir. 2 noyabr 1930-cu ildə imperator tacını geyinərək I Hayle Selassi adı ilə Efiopiyanın imperatoru olmuşdur. "Selassi" sözü hərfi tərcümədə "Üçlüyün qüdrəti" mənasını verir və xristianlıqdakı müqəddəs üçlüyü nəzərdə tutur.Gates, Henry Louis and Appiah, Anthony. Africana: The Encyclopedia of the African and African American Experience. 1999, page 902.

Ləqəbi Nequsa Naqast ("Krallar kralı") idi və özünü Süleymanın 225-ci nəsil xələfi hesab edirdi. Ölkəsinin modernləşdirilməsinə rəhbərlik edərək onun İkinci Dünya müharibəsindən sonra Afrikanın siyasi həyatında əhəmiyyətli mövqe qazanmasına kömək etmiş və Əddis-Əbəbəni Afrika Birliyi Təşkilatının əsas mərkəzinə çevirmişdir. 1974-cü ildə SSRİ-nin dəstəklədiyi hərbi çevriliş nəticəsində taxtdan salınmışdır.

Yamaykada meydana gələn Pan-Afrikanizm ideyalarına əsaslanan Rastafari inancında Hayle Selassi peyğəmbər hesab edilir. Yamaykada H. I. M. (His Imperial Majesty) kimi tanınırdı.

İstinadlar

Qaynaqlar

Haile Selassie I. My Life and Ethiopia's Progress: The Autobiography of Emperor Haile Selassie I. Translated from Amharic by Edward Ullendorff. New York: Frontline Books, 1999. ISBN 0-948390-40-9 Paul B. Henze. "The Rise of Haile Selassie: Time of Troubles, Regent, Emperor, Exile" and "Ethiopia in the Modern World: Haile Selassie from Triumph to Tragedy" in Layers of Time: A History of Ethiopia. New York: Palgrave, 2000. ISBN 0-312-22719-1 Ryszard Kapuściński, The Emperor: Downfall of an Autocrat. 1978. ISBN 0-679-72203-3

Dread, The Rastafarians of Jamaica, by Joseph Owens ISBN 0-435-98650-3 Haile Selassie I : Ethiopia's Lion of Judah, 1979, ISBN 0-88229-342-7 Haile Selassie's war : the Italian-Ethiopian Campaign, 1935–1941, 1984, ISBN 0-394-54222-3 Haile Selassie, western education, and political revolution in Ethiopia, 2006, ISBN 978-1-934043-20-2

Xarici keçidlər

Ethiopian Treasures – Emperor Haile Selassie I – The Ethiopian Revolution Imperial Crown Council of Ethiopia Speech to the League of Nations, June 1936 (full text) Rare and Unseen: Haile Selassie – slideshow by Life magazine Marcus Garvey's prophecy of Haile Selassie I as the returned messiah Haile Selassie I and the Italo-Ethiopian war Haile Selassie I, the Later Years A critical look at the reign of Emperor Haile Selassie I of Ethiopia BBC article, memories of his personal servant Watch News Reel: His Imperial Majesty, Emperor Haile Selassie I of Ethiopia visits Jamaica, 21 April 1966 Ba Beta Kristiyan Haile Selassie I – The Church of Haile Selassie I Haile Selassie I Speaks -Text & Audio-

Kateqoriya:1892-ci ildə doğulanlar Kateqoriya:1975-ci ildə vəfat edənlər Kateqoriya:Efiopiyada siyasət Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:İmperatorlar Kateqoriya:Səbəbi bilinməyən ölümlər Kateqoriya:Qətl qurbanları Kateqoriya:Xristian messianizmi Kateqoriya:Sürgündəki hökumətlər Kateqoriya:İkinci Dünya müharibəsinin monarxları Kateqoriya:XX əsr monarxları