Məzmun Kino əsəri tamaşaçılara, xüsusilə gənc nəslə humanist hisslər aşılayır, insanların bir-birinə kömək əli uzatmalarının, yardım etmələrinin vacibliyindən danışır.

Filmdəki hadisələri tamaşaçılar ucqar dağ kəndinin qoca ağsaqqalının gözü ilə görür. Xalıq kişinin (Ələddin Abbasov) özü və onun nisbətən cavan nəsildən olan yerliləri ilə tanış olurlar. Hadisələrin inkişafı prosesindən aydın olur ki, cəmiyyətin içində yaşamaq hələ bu cəmiyyətin üzvü olmaq demək deyil, bunu son öz əməlinlə, öz hərəkətlərinlə sübut etməlisən.

Film haqqında Film Yusif Əlizadənin quruluşçu rejissor kimi kinoda ilk işidir.

Film şair və dramaturq Bəxtiyar Vahabzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Yusif Əlizadə Ssenari müəllifi: Bəxtiyar Vahabzadə Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: İdris Zeynalov Səs operatoru: Teymur Abdullayev

Rollarda Ələddin Abbasov — Xalıq Tofiq Bayramov — Musaxan Əliqulu Səmədov — Əjdər Sofa Bəsirzadə — Tükəz qarı

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1991-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:"Debüt" Studiyası