Kristi Karlson Romano () — ABŞ aktrisası və ifaçısıdır.
Həyatı Kristi Karlson Romano 20 mart 1984-cü ildə Konnektikut ştatının Milford şəhərində doğulmuşdur. Şeron Karlson və Entoni Romanonun qızıdır. İki bacısı və bir qardaşı olmaqla, ailədə dörd övladdan biridir. "Orange Ave Elementary School" məktəbini bitirdikdən sonra Nyu Yorkda yerləşən "Professional Children's School" adlı təhsil müəssisəsinə qəbul olur. Kristi burada aktyor peşəsini öyrənərkən ailəsi Corciya ştatında yerləşən Aatlanta şəhərinə köçür. 1996-cı ildə başlayaraq televiziya serialları və filmlərdə rol alır. 2002-ci ildə "Disney Channel" kanalının eyni vaxtda üç proektlə məşğul olan ilk aktrisası olur. Kim Possibl animasiya serialındakı "Kim Possibl" personajını səsləndirərək böyük uğur əldə edir. 2005-ci ildə "Fines Award" mükafatına layiq görülür.
Filmoqrafiya İl Film Rol 1996 Hamı deyir ki, mən səni sevirəm uşaq 1997 Henri Ful Pörl 2000 Exo axtarışında Tina Pirelli 2002 Müdavim Kelli Cennifer 2002 Kim Possibl Kim Possibl 2002 B. S. Endi Brenner 2003 Kim Possibl: Zamanda mübarizə Kim Possibl 2003 Sağ qalmaq Ren Stevens 2003–2006 Lilo və Stiç Kim Possibl 2005 Kim Possibl: Belə Drama Kim Possibl 2005 Sonuncu fantaziya 7: Uşaqların gəlişi 2005 Gizli Kampus 2006 Qızıl buz 2 2006 Kasperin dəhşətli məktəbi 2007 Mənim ürəyimi oğurla 2008 Qızıl 3 2008 Gizli yolun əfsanəsi 2009 "Vulfsbeyn: Canavar adam 2009 Qabağa hərəkət edərək 2010 İntihar oyuncaqları 2010 İris genişləndirilməsi 2010 Ayna 2 2011 Ziyana 2011 Yoluxmuş
Xarici keçidlər Rəsmi sayt Kristi Karlson Romano Diskoqrafiyası (2004)
BroadwayWorld.com Kristi Karlson Romano ilə görüş (2008) Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları Kateqoriya:ABŞ müzikl aktrisaları Kateqoriya:Atlantic Records artistləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar