Məzmun Mənasız müharibə illərində Livanda yeni həyat tərzi yaranmışdır: nə kapitalist, nə sosialist sisteminə oxşamır. Bu, hərbi həyat tərzidir. Belə bir vaxtda ölümə, qarmaqarışıqlığa meyil nəticəsində livanlıların bütöv bir nəsli müharibə ab-havasında doğulmuş və böyümüşdür. Bu nəsil başqa həyatı təsəvvür etmir. Hər bir bayramda və ya ailə şənliyində xalq çalğı alətlərinin səslərinə avtomat atəşinin səsləri də adi bir şey kimi qarışır.
Filmdə hərbi həyat tərzində yaşamağa məhkum olmuş livanlılardan bəhs edilir.
Festivallar və mükafatlar 1) 1988-ci ildə Moskvada keçirilən "Proloq-88" tələbə kinofestivalı Film Baş Mükafata və tamaşaçı rəğbəti Prizinə layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor: Samir Xabşı Ssenari müəllifi: Samir Xabşı Quruluşçu operator: Qriqori Bulkot Quruluşçu rəssam: Rafiq Nəsirov
Rollarda Fəxrəddin Manafov Liya Seyidova Sabir Sultanov Nuriyyə Əhmədova Larisa Xələfova
Mənbə Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər