Əbülxeyr Fəzullah ibn Ruzbehan əl–Xunci əl–İsfahani əl–Əmini (1457–1521) — tarixçi.

Həyatı Xacə Mövlana-yi İsfahani kimi tanınan Əbülxeyr Fəzullah ibn Ruzbehan 1457-ci ildə İsfahanın Xunəc qəsəbəsində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Fəzullah Xunci 13 aprel 1521-ci ildə Buxara şəhərində vəfat etmişdir.

Əsərləri Tarixi-aləm arayi-Əmini Mehmannameyi-Buxara. İsfahan farsı olan Fəzlullah ibn Ruzbihan Hunəcinin Səfəvilərə olan tükənməz nifrətini sübut edən sənədi Osmanlı dövlət yazışmasında saxlanıb:Münşeat, İstanbul, 1264, I, s.367, yaxud 1274, s.416–18.E. Q Brayn (A Literary History of Persia, IV.s. 367 Bunlardan, "qeyri-vətənpərvər farsın(söhbət Rüzbihan Huncidən gedir)" sultan Səlimə ithafən yazdığı, onun İsmail Səfəvi üzərində qələbəsini alqışlayan iki poema aşkar olunub. Poemaları aşkar edən Əhsən ət-Təvarixin müəllifi Feridun bəy Fəzlullah İbn Rüzbihanı Xoca İsfahani adlandırır. Fars poemasında 28 beyt var və müəllif Osmanlı sultanının üzərinə hər cür xeyir dua diləyir və onu Qızıl börklilər üzərində qələbəsini alqışlayaraq, İsmailın başını kəsərək, İskəndər Zülgərnəyn kimi İranı Ruma birləşdirməsini diləyir.Fəzlullah İbn Rüzbihan Hunəci, Tarix aləm-arayi-əmini Bakı 1987. Səh. 19

Mənbə Б. А. Ахмедов. Государство кочевых узбеков. Наука, 1965. В. В. Трепавлов. История Ногайской Орды. Москва. Издательская фирма "Восточная литература", РАН

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Kateqoriya:Tarixçilər Kateqoriya:İsfahanda doğulanlar Kateqoriya:Fars şairlər Kateqoriya:Müsəlman teoloqlar