thumb|right|250px| Madrid prinsipləri — Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün həlli üçün ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş sülh prinsipləri. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.
ATƏT-in Minsk qrupu 2020-ci ildə hərbi əməliyyatların yenidən başlamasından əvvəl münaqişənin sülh yolu ilə həlli prosesi üzrə danışıqlarda vasitəçilik edən beynəlxalq səviyyədə razılaşdırılmış yeganə qurum idi. Ermənistan və Azərbaycanın yüksək vəzifəli rəsmiləri təklif olunan prinsiplərin bəziləri ilə razılaşmışdılar, lakin erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və ya gələcək Dağlıq Qarabağ statusu ilə bağlı qərarın qəbul edilməsi mexanizmləri istiqamətində az və ya heç bir irəliləyiş əldə edilməmişdi.
Tarix Prinsiplərin ilkin variantı 2007-ci ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nazirlər konfransında Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə təqdim edilmişdir. Onlar 2006-cı ilin yayının əvvəlində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları) tərəfindən açıqlanmış sülh sazişi təklifinin yenidən işlənmiş variantından irəli gəlmişdi. 2009-cu ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkidi ilə Madrid prinsipləri yenilənmişdir.
2015-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mətbuat açıqlamasında deyilirdi: "Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini atəşkəs pozuntularının araşdırılması üçün ATƏT mexanizmini qəbul etməyə çağırdılar. Belə bir mexanizm olmadan tərəflər Təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ölümcül hücumların başlanmasına görə bir-birini günahlandırmaqda davam edəcəklər. Ermənistan mexanizmin təfərrüatlarını müzakirə etməyə razılıq verib və biz Azərbaycanı da eyni addımı atmağa çağırdıq."
Azərbaycan rəhbərliyi danışıqlar formatını dəyişdirməyə və məsələni Avropa Şurası Parlament Assambleyası kimi digər platformalara çıxarmağa fəal şəkildə çalışırdı. 26 yanvar 2016-cı ildə Avropa Şurası Parlament Assambleyasının plenar iclası britaniyalı deputat Robert Uolter tərəfindən hazırlanmış Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın eskalasiyası adlı məruzə layihəsini rədd etdi. Məruzə layihəsində danışıqlar formatının dəyişdirilməsi təklif olunurdu. Məruzə layihəsinə reaksiya olaraq ATƏT-in Minsk Qrupu belə bir bəyanat yaydı: "Biz başa düşürük ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) yaxın gələcəkdə münaqişə ilə bağlı qətnamələri nəzərdən keçirə bilər və AŞPA-ya, eləcə də digər regional və beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu fəaliyyətini davam etdirir, lakin ATƏT-dən aldığı mandatı zəiflədə və ya davam edən danışıqları çətinləşdirə biləcək addımların atılmamasını xahiş edirik."
19 mart 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Minsk Qrupunun həmsədrlərini Azərbaycana qarşı təxribat törətməkdə açıq şəkildə ittiham etdi və onların fəaliyyətinə Azərbaycanın etimadının tamamilə sarsıldığını bildirdi.
2016-cı ilin avqustunda ABŞ-dakı erməni lobbi təşkilatı Amerika Erməniləri Milli Komitəsi (ANCA) Madrid prinsiplərinə qarşı kampaniyaya başladı. Təşkilat iddia edirdi ki, Madrid prinsipləri Helsinki Yekun Aktına əsaslandığı üçün "düşünülməmiş" və "demokratik olmayan" prinsiplərdir; ANCA Obama administrasiyasını onları rədd etməyə çağırdı.
2018-ci ildə Ermənistanın baş naziri və Azərbaycanın prezidenti ilk hərbi "qaynar xətt"i yaratdılar. Növbəti il aparılan danışıqlar sazişə hazırlıq məqsədini daşıdığı təəssüratı yaradan birgə bəyanatla nəticələndi.
Madrid prinsiplərinin həyata keçirilməsi istiqamətində irəliləyişin olmamasının 2020-ci il Dağlıq Qarabağ münaqişəsinə töhfə verən amillərdən biri olduğu hesab edilir.
2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı, oktyabrın 2-də ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi zonasındakı zorakılığı, habelə Dağlıq Qarabağ təmas xəttindən kənarda yerləşən hədəflərə qarşı hücumları kəskin şəkildə pisləyən və artan mülki itkilərdən narahatlığını ifadə edən birgə bəyanat yaydı. Həmsədrlər tərəfləri mülki əhalini qorumaqla bağlı beynəlxalq öhdəliklərinə tam şəkildə əməl etməyə çağırdılar. Həmsədrlər həmçinin vurğuladılar ki, kənar tərəflərin artan zorakılığa cəlb olunması davamlı sülhə nail olmaq səylərini təhdid edir. Bəyanatda həmçinin dərhal atəşkəsə və "vicdanla və ilkin şərtlər irəli sürülmədən substantiv danışıqların" bərpa edilməsinə ehtiyac bir daha vurğulandı. Həmsədrlər ATƏT və BQXK ilə koordinasiya şəraitində həlak olmuş hərbçilərin cəsədlərinin qaytarılmasına imkan yaratmaq üçün dərhal humanitar atəşkəs elan edilməsinə təcili çağırış etdilər.
Prinsiplər 2009-cu ilin iyulunda İtaliyanın L'Aquila şəhərində keçirilən G8 sammiti çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin üç lideri — Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozi — Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevi "aralarında qalan azsaylı fikir ayrılıqlarını həll etməyə və bu Əsas Prinsiplər üzrə razılaşmalarını yekunlaşdırmağa" çağıran bəyanat yaydılar.
Həmin bəyanata əsasən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Əsas Prinsiplər Helsinki Yekun Aktının (1975) güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanırdı.
Yuxarıda qeyd olunan sənəddə münaqişənin nizamlanması üçün altı əsas element də açıqlanmışdı:
Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycan nəzarətinə qaytarılması; Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatları verən aralıq statusun müəyyənləşdirilməsi; Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin yaradılması; Dağlıq Qarabağın yekun hüquqi statusunun hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə gələcəkdə müəyyənləşdirilməsi; Ölkə daxilində məcburi köçkün düşmüş bütün şəxslərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ; və sülhməramlı əməliyyatı da əhatə edəcək beynəlxalq təhlükəsizlik təminatları.
Eyni zamanda ATƏT-in həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərini aralarında qalan azsaylı fikir ayrılıqlarını həll etməyə və hərtərəfli nizamlanmanı nəzərdə tutan bu Əsas Prinsiplər üzrə razılaşmalarını yekunlaşdırmağa çağırdılar.
Geri qaytarılması nəzərdə tutulan rayonlar Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanmışdır: Ağdam rayonu Füzuli rayonu Cəbrayıl rayonu Zəngilan rayonu Qubadlı rayonu Laçın rayonunun 13 kəndi.
Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Danışıqlar Kateqoriya:ATƏT-in Minsk Qrupu Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Azərbaycan–Ermənistan sülh prosesi Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Ermənistanın müqavilələri