Asif Məmmədov () — Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011-ci illər), Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (2011–2013-cü illər).
Həyatı Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar "Əzizbəyovneft" və H. Z. Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri olmuşdur.
Evlidir, 4 övladı var. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun qardaşıdır.
Siyasi fəaliyyəti Asif Məmmədov Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006–2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İstinadlar
Kateqoriya:Balakən Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Şamaxı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Xəzər Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri