"Parma" və ya rəsmi olaraq "Parma Kalço 1913" ( — Emiliya-Romanya regionunun Parma şəhərini təmsil edən İtaliya peşəkar futbol klubu. Hazırda İtaliyanın səviyyəcə 2-ci sayılan Seriya B-də çıxış edir.

1913-cü ilin dekabr ayında "Parma Futbol Klubu" adı ilə təsis olunan klubun ev stadionu 1923-cü ildən 27,906 yer tutumu olan Ennio Tardini stadionudur, hansına ki çox vaxtı qısa olaraq İl Tardini deyilir.

Kalisto Tantsi tərəfindən maliyyələşdirilən klub 1992–2002-ci illər arasında səkkiz kubok qazandı, bu dövrdə 1996–97 mövsümündə yüksək liqada ən yaxşı nəticəsi olan 2-ci yeri tuta bilmişdir. Klub üç İtaliya Kuboku, bir İtaliya Superkuboku, iki UEFA kuboklarını, bir UEFA Superkuboku və bir UEFA Kuboklar Kuboku mükafatlarının qalibidir.Dunford (2011), p. 793

2003-cü ilin sonlarına baş verən Parmalat qalmaqalına görə klubun maliyyə problemləri başladı, nəticədə klubun baş şirkəti dağıldı və 2007-ci ilə qədər klub nəzarət edilən idarəetmə altında fəaliyyət göstərirdi. Klub 2015-ci ildə müflis elan edildi və Seriya D-də yenidən quruldu və 2018-ci ildə Seriya A-ya qayıtdı.

İstinadlar

Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları Kateqoriya:D Seriyası klubları Kateqoriya:İtaliya kubokunu qazanan klublar Kateqoriya:UEFA Kuboklar Kubokunu qazanan klublar Kateqoriya:UEFA Super Kubokunu qazanan klublar