Məzmun Film Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin keçdiyi şərəfli yola, onun kursantlarının həyatına, təhsilinə və hərbi məşğələlərinə, məktəbin gənc müdavimlərinə həsr olunmuşdur.

Filmdə məktəbin fəaliyyətindən, şöhrətli hərbi ənənələrindən, onun divarları arasında hərbi təhsil almış İkinci Dünya müharibəsinin qəhrəmanlarından bəhs edilir.

Festivallar və mükafatlar 1) 1975-ci ildə Tbilisidə hərbi-vətənpərvərlik mövzusuna həsr edilmiş II Ümumittifaq kinofestivalı Film I Mükafata layiq görülmüşdür.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Cığatay Şıxzamanov, Rauf Nağıyev Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər