Məzmun Filmdə iki kordan və onlar arasındakı konfliktdən bəhs olunur. Hər kor özlüyündə böyük bir kütləni təmsil edir.

Filmin adı özlüyündə süjet haqqında çox şey deyir. Koramal sözünü 2 hissəyə bölmək olar: kor və amal. Bu birləşmədən koramal sözü əmələ gəlir ki, bu da sürünən heyvandır. Heç bir yerə getməyən, sonu olmayan ideyasını ifadə edir.

Film haqqında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Koramal" da bu 7 qalibdən biridir.

"Koramal" 2009-cu ildə Latviyanın paytaxtı Riqada keçirilən "2ANNAS" beynəlxalq film festivalında "Special Mention" mükafatına layiq görülüb. Serbiyanın 8-ci "Dokufest" film festivalında və Ukraynanın "Stupeni" beynəlxalq kino festivalında da mükafat qazanıb.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Xəyyam Abdullayev, Elməddin Alıyev Quruluşçu rejissorlar: Xəyyam Abdullayev, Elməddin Alıyev Quruluşçu operator: Rövşən Quliyev Bəstəkar: Çingiz Əliyev Prodüserlər: Xəyyam Abdullayev, Elməddin Alıyev Montaj: Sirac Məhəmmədov Səs rejissoru: Ramzes İcraçı prodüser: Niyazi Hüseynov Rejissor assistentləri: Elnarə Bağırova, Xatirə Rüstəmova Operator assistenti: İlham Babayev Kran operatoru: Yaqub Azəri Texniklər: Mübariz Şahbazov, Rəşad Qarayev, Cavid Talıbov İşıqçı: Elçin Nağıyev Qrim: Nərminə Novruzova Mühasib: Sevda Mehdiyeva Redaktor: Cəmilə Qaravəliyeva]] Məsləhətçi: İman Məcidov

Rollarda İlqar Cahangirov İdris Rüstəmov Kazım Abdullayev Füzuli Abbasov Albina Sultanova Elçin Nağıyev Seyran Məmmədov Bəxtiyar Kazımov Firdovsi Həsənov Səbrayıl Məmmədov

Çəkilişə köməklik edən qurumlar "Azəri prodakşn" "Azərbaycanfilm" kinostudiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Binəqədi Oil"

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Psixoloji filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Psixoloji dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri