Parsabad və ya Parsa Abad (farslaşdırılmazdan öncəki tarixi adı Qoçkəndi, bəzi qaynaqlarda həmçinin Muğanşəhr kimi də qeyd olunub) — İranın Ərdəbil ostanında şəhər, Parsabad şəhristanının inzibati mərkəzi.

Şəhər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhədində yerləşir, Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan və Füzuli rayonlarına yaxın məsafədə yerləşir.

Əhalisi 2016-cı ilin məlumatına görə şəhərdə 93,387 nəfər yaşayır (26,505 ailə).

Milli tərkibi Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.

Coğrafiya Araz çayı bu şəhərin yaxınlığından axır.

İstinadlar

Kateqoriya:Ərdəbil ostanının şəhərləri Kateqoriya:Cənubi Azərbaycan şəhərləri Kateqoriya:Pərsabad şəhristanı