Zila Klark (; ) — Böyük Britaniya aktrisası.
Həyatı Zila Klark 4 aprel 1954-cü ildə Böyük Britaniyanın cənubunda yerləşən Kornuoll qraflığının Redrut şəhərində doğulmuşdur.Zelah Clarke , Ovguide.com saytında, Yoxlanılıb: 5 sentyabr 2015 17 yaşında balet məktəbini bitirmişdir. Film karyerasına 1972-ci ildən başlamışdır. Həmin ildə "Üçlü exo" filmində personajlardan birini canlandırmışdır. 1975-ci ildən başlayaraq həm televiziya seriallarında, həm də filmlərdə çəkilməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" televiziya serialında iştirak etmişdir.Jane Eyre history Bbc.co.uk saytında, Yoxlanılıb: 5 sentyabr 2015 Televiziya serialında "Ceyn Eyr" personajını canlandırmışdır. Bu roluna görə 1985-ci ildə "CableACE Awards" mükafatının nominasiyasına layiq görülmüşdür. Bir müddət sonra Zila Klark "BBC" kanalının icraçı prodüseri Frensis Eş ilə ailə həyatı qurmuş və onların Lamorna adlı qız övladı dünyaya gəlmişdir.
Filmoqrafiya İl Film Rol Qeydlər1972 Üçlü exo personajlardan biri TV film1975 Poldark personajlardan biri TV serial1976 Necə mənim vadim yaşıl oldu Seinven Lloyd TV serial1976 Kölgələr Qrizelda TV serial1976 Dyuk Stritdən Hersoginya Ket TV serial1977 Yeni il mahnısı Marta Kretiç TV film1978 Tac məhkəməsi Nadiya Filips TV serial1978 Qadının yeri Qlenis TV serial1978 İtirilmiş uşaqlar Vendi TV serial1980 Riçardın marağı Həkim TV film, tirdə göstərilməyib1981 BBC2 Teatrı Ceyn TV serial, 20-ci epizod: Torağay.1983 Dombey və oğlu Syuzan Nipper TV serial1983 Ceyn Eyr Ceyn Eyr TV serial1986 Ledi və Ceyn Ledi Enn Uarton TV film1986 Fəlakət Rut Vayt TV serial1987 Evdən yaxşı yer yoxdur Xanım Pilkington TV serial1990 Mükəmməl yaramazlar daşınmaz əmlak agenti TV serial1991 Dodgem Magistrat TV serial1992 Ölü romantik mağazada köməkçi TV film
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:İngiltərə teatr aktrisaları