Məzmun İki gənc bir-birini sevir. Qız (Xuraman Hacıyeva) vərəm xəstəliyinə tutulur. Buna baxmayaraq sevgilisi (Namiq Məmmədov) ondan üz döndərmir. Məhəbbət xəstəliyə qalib gəlir, qız tamamilə sağalır.
Belə nikbin sonluqla qurtaran elmi-kütləvi film Azərbaycanda əhalinin sağlamlığı üçün görülən profilaktik tədbirlərdən, konkret olaraq vərəm xəstəliyinə qarşı aparılan mübarizədən bəhs edir.
Film haqqında Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: İmran Qasımov Operator: Elxan Əliyev Bəstəkar: Emin Mahmudov Cizgi rəssamı : Bəhmən Əliyev Səs operatoru: Şamil Kərimov
Rollarda Xuraman Hacıyeva — qız Namiq Məmmədov — oğlan
Sponsor Azərbaycan Səhiyyə Nazirliyi
Kateqoriya:1966-cı ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər