thumb|320x320px|Ağ Ev: ABŞ-nin birinci xanımının rəsmi iqamətgahı.

ABŞ-nin birinci xanımı Ağ Evin sahibəsi hesab olunur. Vəzifəni ənənəvi olaraq ABŞ Prezidentinin həyat yoldaşı tutur, lakin müxtəlif vaxtlarda bu titulu subay olan, dul olan və ya həyat yoldaşı olmayan, yaxud da həyat yoldaşı bu vəzifəni yerinə yetirə bilmədiyi hallarda prezidentin həyat yoldaşı olmayan qadınlar da daşımışdır. Bu vəzifə seçilmiş bir vəzifə deyil, heç bir rəsmiyyət daşımır və buna görə maaş verilmir. Bununla yanaşı, o, prezidentlə birlikdə, yaxud onu təmsil edərək bir çox rəsmi mərasimlərə qatıla və dövlət işləri ilə maraqlana bilər. Ənənəvi olaraq, birinci xanım vəzifədə olduğu vaxt ərzində kənar işlərdə işləmir, baxmayaraq ki, Eleonora Ruzvelt yazı yazaraq və mühazirə oxuyaraq pul qazanıb və bu pulun çoxunu xeyriyyə işlərinə sərf edib, həmçinin Cill Bayden də bu müddət ərzində pedaqoq kimi işinə davam edib. Birinci xanımın və daxil olmaqla öz şəxsi heyəti var. Ağ Evin bütün ictimai işləri və təntənəli tədbirlərindən məsuldur və ABŞ Prezidentinin İcra Aparatının bir qoludur.

Əsas 46 birinci xanımdan əlavə, ümumi fəaliyyət göstərmiş 54 birinci xanım olub, ki, onların da 43-ü rəsmi və 11-i müvəqqəti fəaliyyət göstərib. Bu uyğunsuzluk ondan qaynaqlanır ki, bəzi prezidentlərin birdən artıq birinci xanımı olub. Donald Trampın 20 yanvar 2025-ci ildə prezident kimi ikinci dövr üçün vəzifəyə başlamasından sonra həyat yoldaşı Melanya Tramp ölkənin 44-cü rəsmi birinci xanımı statusuna sahib oldu.

Hazırda yaşayan 4 köhnə birinci xanım var: Hillari Klinton (həyat yoldaşı: Bill Klinton), Lora Buş (həyat yoldaşı: Corc Volker Buş), Mişel Obama (həyat yoldaşı: Barak Obama) və Cill Bayden (həyat yoldaşı: Co Bayden). Sonuncu ölən birinci xanım Cimmi Karterin həyat yoldaşı Rozalin Karter olmuşdur. İlk birinci xanım Corc Vaşinqtonun həyat yoldaşı Marta Vaşinqton olmuşdur. Prezidentlər — Con Tayler və Vudro Vilsonun iki rəsmi birinci xanımı olmuşdur, hər iki prezident də birinci prezidentlik müddəti tamamlandıqdan sonra təkrar evlənmişdirlər. Dörd prezidentin həyat yoldaşı andiçmə mərasimindən əvvəl ölmüşdür, amma Ağ Ev və Milli Birinci Xanımlar Kitabxanası tərəfindən onlar da birinci xanım olaraq qəbul edilirlər: Marta Cefferson (həyat yoldaşı: Tomas Cefferson), Reyçel Cekson (həyat yoldaşı: Endrü Cekson), Hanna Van Büren (həyat yoldaşı: Martin Van Buren), və Ellen Artur (həyat yoldaşı: Çester Artur). Bir prezidentlə — Ceyms Byukenen ilə evli olmadığı halda, prezidentin himayəçilik etdiyi qardaşı qızı olan Harriet Leyn də birinci xanım olaraq qəbul edilir. Ağ Evdə sahibə kimi xidmət edən digər həyat yoldaşı olmayan qohumlar Birinci Xanımlar Kitabxanası tərəfindən tanınmır.

2007-ci ildə çərçivəsində üz tərəfində birinci xanımların simaları təsvir olunan 10 dollarlıq qızıl sikkələr dəstini buraxmağa başlamışdır. Əgər prezident birinci xanımsız vəzifəsini icra edirdisə həmin dövrün dövriyyədə olan sikkələrində təsvir olunduğu kimi Azadlıq embleminin üz tərəfində təsviri və həmin prezidentin həyatının mövzularını əks etdirən əks təsviri olan qızıl sikkə buraxılırdı. Bu, Tomas Cefferson, Endrü Cekson, Martin Van Buren və Ceyms Byukenenin birinci xanımları üçün keçərlidir, ancaq Çester Arturun qadınların səsvermə hüququnu müdafiə edən sufrajist Alis Polu təsvir edən birinci xanımı üçün keçərli deyil.31 U. S. C. § 5112(o) (3) (D) (i) (II) Denominations, specifications, and design of coins . The First Spouse Gold Coins. Cornell University. Retrieved on January 10, 2009.

Hazırda yaşayan birinci xanımlar 2025-ci ilin aprel ayı etibarilə yaşayan birinci xanımlar (ən yaşlısından ən cavanına görə qeyd olunub):

Siyahı Bu siyahıya vəzifədə olan prezidentlə evli olub-olmadığına baxmayaraq, birinci xanım kimi vəzifə almış bütün şəxslərlə yanaşı, və Ağ Ev Tarix Assosiasiyası tərəfindən birinci xanım kimi qəbul edilən şəxslər daxil edilmişdir. Şəxslər əsasən tanındığı adları ilə verilmişdir. Siyahı xronolojik olaraq verilmişdir. №PortretAdVəzifə müddətiVəzifəyə başladığı yaş dövrüPrezident180px|Marta VaşinqtonMarta Vaşinqton30 aprel 1789–4 mart 1797Corc Vaşinqton280px|Ebiqeyl AdamsEbiqeyl Adams4 mart 1797–4 mart 1801Con Adams380px|Marta CeffersonMarta Cefferson4 mart 1801–4 mart 1809Tomas CeffersonTomas Ceffersonun həyat yoldaşı o, prezident olmadan ölmüşdür. Qızları Marta Ağ Ev Tarix Assosiasiyası tərəfindən birinci xanım olaraq qəbul edilir.480px|Dolli MedisonDolli Medison4 mart 1809–4 mart 1817Ceyms Medison580px|Elizabet MonroElizabet Monro4 mart 1817–4 mart 1825Ceyms Monro680px|Luiza AdamsLuiza Adams4 mart 1925–4 mart 1829Con Kuinsi Adams7frameless|80px|Emili DonelsonEmili Donelson4 mart 1829–26 noyabr 1834Endrü Ceksonframeless|80px|Sara CeksonSara Cekson26 noyabr 1834–4 mart 1837Endrü Cekson8Vakant4 mart 1837–27 noyabr 1838VakantMartin Van Buren80px|Sara Van BurenSara Van Buren27 noyabr 1838–4 mart 1841Martin Van Buren980px|Anna HarrisonAnna Harrison4 mart 1841–4 aprel 1841Vilyam Henri Harrison80px|Ceyn HarrisonCeyn Harrison4 mart 1841–4 aprel 1841Vilyam Henri Harrison1080px|Letişa TaylerLetişa Tayler4 aprel 1841–10 sentyabr 1842(vəzifə başında ikən öldü)Con Tayler80px|Prisila Koper TaylerPrisila Tayler10 sentyabr 1842–26 iyun 1844Con TaylerCon Tayler 1844-cü ilin mart ayında Culiya Tayler ilə evləndiyi üçün Prisila Conun oğlu Robert ilə birlikdə Ağ Evdən ayrıldılar və Filadelfiyaya getdilər. Prezidentin qızı Letişa Tayler-Sempl toya qədər Ağ Evin sosial işləri ilə maraqlandı. Conun birinci prezidentliyi dövründə 4 qadın birinci xanım olaraq vəzifədə olmuşdur, amma bunlardan ikisi qeyri-rəsmi olaraq bu titula sahib idi. Sempl 1844-cü ilin mart–iyun aylarında bu vəzifəni icra etmişdir.80px|Culiya TaylerCuliya TaylerJune 26, 1844–March 4, 1845Con Tayler1180px|Sara PolkSara Polk4 mart 1845–4 mart 1849Ceyms Noks Polk1280px|Marqaret TeylorMarqaret "Peqqi" Teylor4 mart 1849–9 iyul 1850Zakari Teylor1380px|Ebiqeyl FillmorEbiqeyl Fillmor9 iyul 1850–4 mart 1853Millard Fillmor1480px|Ceyn PirsCeyn Pirs4 mart 1853–4 mart 1857Franklin Pirs1580px|Harriet LeynHarriet Leyn4 mart 1857–4 mart 1861Ceyms Byukenen1680px|Meri LinkolnMeri Linkoln4 mart 1861–15 aprel 1865Avraam Linkoln1780px|Eliza ConsonEliza Conson15 aprel 1865–4 mart 1869Endrü Conson1880px|Culiya QrantCuliya Qrant4 mart 1869–4 mart 1877Uliss Qrant1980px|Lüsi HeyzLüsi Heyz4 mart 1877–4 mart 1881Raterford Heys2080px|Lukresiya QarfildLukresiya Qarfild4 mart 1881–19 sentyabr 1881Ceyms Qarfild2180px|Meri MeklroyMeri Meklroy19 sentyabr 1881–4 mart 1885Çester Artur2280px|Roz KlivlendRoz KlivlendWilson, J. G.; Fiske, J., eds. (1900). "Cleveland, Grover" . Appletons' Cyclopædia of American Biography. New York: D. Appleton.4 mart 1885–2 iyun 1886Qrover Klivlend80px|Frensis KlivlendFrensis Klivlend2 iyun 1886–4 mart 1889Qrover Klivlend2380px|Karolina HarrisonKarolina Harrison4 mart 1889–25 oktyabr 1892(vəzifə başında ikən öldü)Bencamin Harrison80px|Portrait of Mary Harrison McKeeMeri Harrison Miki25 oktyabr 1892–4 mart 1893Bencamin Harrison2480px|Frensis KlivlendFrensis Klivlend4 mart 1893–4 mart 1897Qrover Klivlend2580px|İda Sakston MakKinliİda MakKinli4 mart 1897–14 sentyabr 1901Vilyam Mak-Kinli2680px|Edit RuzveltEdit Ruzvelt14 sentyabr 1901–4 mart 1909Teodor Ruzvelt2780px|Helen TaftHelen "Neli" Taft4 mart 1909–4 mart 1913Vilyam Taft2880px|Ellen VilsonEllen Vilson4 mart 1913–6 avqust 1914(vəzifə başında ikən öldü)Vudro Vilson80px|Marqirit VilsonMarqirit Vilson6 avqust 1914–18 dekabr 1915Vudro Vilson80px|Edit VilsonEdit Vilson18 dekabr 1915–4 mart 1921Vudro Vilson2980px|Florens HardinqFlorens Hardinq4 mart 1921–2 avqust 1923Vorren Hardinq3080px|Qreys KulicQreys Kulic2 avqust 1923–4 mart 1929Kalvin Kulic3180px|Lu HuverLu Huver4 mart 1929–4 mart 1933Herbert Huver3280px|Eleonora RuzveltEleonora Ruzvelt4 mart 1933–12 aprel 1945Franklin Delano Ruzvelt3380px|Bess TrumenElizabet "Bess" Trumen12 aprel 1945–20 yanvar 1953Harri Trumen3480px|Meymi EyzenhaverMeri "Meymi" Eyzenhaver20 yanvar 1953–20 yanvar 1961Duayt Eyzenhauer3580px|Jaklin KennediJaklin "Caki" Kennedi20 yanvar 1961–22 noyabr 1963Con Kennedi3680px|Klaudiya ConsonKlaudiya "Ledi Börd" Conson22 noyabr 1963–20 yanvar 1969Lindon Conson3780px|Pet NiksonTelma "Pet" Nikson20 yanvar 1969–9 avqust 1974Riçard Nikson3880px|Betti FordElizabet "Betti" Ford9 avqust 1974–20 yanvar 1977Cerald Ford3980px|Rozalin KarterRozalin Karter20 yanvar 1977–20 yanvar 1981Cimmi Karter4080px|Nensi ReyqanNensi Reyqan20 yanvar 1981–20 yanvar 1989Ronald Reyqan4180px|Barbara BuşBarbara Buş20 yanvar 1989–20 yanvar 1993Corc Herbert Volker Buş4280px|Hillari KlintonHillari Klinton20 yanvar 1993–20 yanvar 2001Bill Klinton4380px|Lora BuşLora Buş20 yanvar 2001–20 yanvar 2009Corc Volker Buş4480px|Mişel ObamaMişel Obama20 yanvar 2009–20 yanvar 2017Barak Obama4580px|Melanya TrampMelanya Tramp20 yanvar 2017–20 yanvar 2021Donald Tramp4680px|Cill BaydenCill Bayden–20 yanvar 2025Co Bayden4780px|Melanya TrampMelanya Tramp20 yanvar 2025–hazırdaDonald Tramp

ABŞ prezidentlərinin digər həyat yoldaşları ABŞ prezidentlərinin bəzi həyat yoldaşları ABŞ-nin birinci xanımı olaraq qəbul edilmir.

Dörd prezident prezidentliklərindən əvvəl dul qaldı:

Tomas Cefferson 1772–1782-ci illərdə, həyat yoldaşının ölümünə kimi Marta Cefferson ilə evli idi. Endrü Cekson 1794–1828-ci illərdə, həyat yoldaşının ölümünə kimi Reyçel Cekson ilə evli idi. Martin Van Buren 1807–1819-cu illərdə, həyat yoldaşının ölümünə kimi Hanna Van Büren ilə evli idi. Çester Artur 1859–1880-ci illərdə, həyat yoldaşının ölümünə kimi Ellen Artur ilə evli idi.

İki prezident prezidentliklərindən əvvəl dul qaldı və yenidən evləndilər:

Teodor Ruzvelt 1880–1884-cü illərdə Alis Hetvey Li ilə evli idi. Daha sonra o, 1886-cı ildə Edit Ruzvelt ilə evləndi və Teodor Ruzvelt 1919-cu ildə ölənə kimi onunla evli qaldı. Co Bayden 1966-cı ildən öldüyü 1972-ci ilə kimi Nilya Hanter Bayden ilə evli idi. O, daha sonra 1977-ci ildə Cill Cakops ilə evlənmişdir.

İki prezident prezidentliklərindən əvvəl boşandılar və yenidən evləndilər:

Ronald Reyqan 1940-cı ildən 1949-cu ilə qədər Ceyn Vaymen ilə evli olmuşdur. O, daha sonra 1952-ci ildə Nensi Reyqan ilə evləndi və Ronald Reyqan öldüyü 2004-cü ilə kimi onunla evli qalmışdır. Donald Tramp 1977-ci ildən 1992-ci ilə qədər İvana Zelniçkova ilə, 1993-cü ildən 1999-cu ilə qədər isə Marla Meipl ilə evli olub. O, daha sonra 2005-ci ildə Melanya Knaus ilə evlənib.

İki prezident prezidentliklərindən sonra yenidən evləndilər:

Millard Fillmor 1858-ci ildən 1874-cü ildə öldüyü vaxta qədər Karolayn S. Filmor ilə evli olmuşdur. Həyat yoldaşı 1881-ci ildə ölüb. Bencamin Harrison 1896-cı ildən 1901-ci ildə öldüyü vaxta qədər ilk həyat yoldaşının qardaşı qızı Meri Skot Lord Dimmik ilə evli olub. Həyat yoldaşı 1948-ci ildə ölmüşdür.

Həmçinin bax

ABŞ prezidentlərinin siyahısı

Qeydlər

İstinadlar

Xarici keçidlər The First Ladies – White House Biographies of the First Ladies of the United States of America – National First Ladies' Library First Ladies National Historic Site

* Birinci xanım Kateqoriya:Dövlət başçılarının həyat yoldaşlarının siyahıları Kateqoriya:Həyat yoldaşlarının siyahıları