Xaləddin Cəlal oğlu İbrahimli () — tarix elmləri doktoru, siyasətçi.
Həyatı 1958-ci il sentyabrın 5-də qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Gəyliyən kəndində anadan olub.
1974-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.
X.İbrahimli 1978-ci ildən indiyə qədər fasiləsiz olaraq elmi-pedaqoji fəaliyyətdədir. 1992-ci ildən isə həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir.
1992-1993-cü illərdə "Yeni Müsavat" qəzetinin redaktoru olmuşdur. 1997-ci ildə "Sabah" qəzetinin yenidən nəşrində yaxından iştirak etmiş və qəzetinin baş redaktoru, 1997-1998-ci illərdə işıq üzü görən "Kavkaz" jurnalının ideya müəllifi, yaradıcısı və baş redaktoru olmuşdur. Bu jurnal Qafqazın tarixində ilk Ümumqafqaz dərgisi olmuş, jurnalın 8 Qafqaz cümhuriyyətində redaksiyaları qurulmuşdur.
Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti – 1997, Doktorluq dissertasiyası: Azərbaycan Siyasi Mühacirəti (1920–1991) Pedaqoji elmlər namizədi, 1991, ADPU Namizədlik dissertasiyası: Ünsiyyət mədəniyyəti və onun formalaşdırılması yolları
Siyasi fəaliyyəti Xaləddin İbrahimli "Çənlibel" ədəbi-bədii birliyinin yaranmasında yaxından iştirak etmiş, bu birliyin fəallarından olmuşdur. "Borçalı" cəmiyyətinin yaradıcılarından biri olmuşdur. AXC-nin qurulmasında yaxından iştirak etmişdir. 1991-ci ildə Müsavat Partiyasının bərpasına qoşulub, təşkilatın Azərbaycanda bərpaçılarındandır.
1992-1996-cı illərdə Müsavat Divanının üzvü, Milli Tənasüd komissiyasının sədri olmuşdur. 1997-ci ildə öz ərizəsi ilə Müsavatın sıralarını tərk etmiş və elə həmin il AXCP sıralarına daxil olmuş, AXCP Ali Məclisinin və onun Rəyasət heyətinin üzvü, Rəyasət heyəti Analitik Mərkəzinin rəhbəri seçilmişdir.
Əsərləri Dərs və tədris-metodiki vəsaitlər Politologiya (interaktiv dərs materialları) Bakı, Qanun Nəşriyyatı, 2008; 2012, 225 s. Politologiya (tədris proqramı və metodikası). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib, 34 səh. Beynəlxalq münasibətlər nəzəriyyəsi(tədris proqramı və metodikası)). Bakı, 2004. Prof. Nəsib Nəsibli ilə birgə. Açıq Cəmiyyət İnstitutu-Yardım fondunun maliyyə dəstəyi ilə nəşr edilib. 34 səh.
Kitabları Azərbaycan Siyasi Mühacirəti (1918 – 1991). Bakı, Elm, 1996. 304 səh. Yeni Avrasiya Qafqazı. Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2000, 131 səh. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 2001, 96 səh. Азербайджанцы Грузи. Москва, Издателства Европа, 2006, 151 str. 260 Azərbaycan Mühacirəti Tarixi. Bakı, 2012, 400 səh.
Müştərək müəlliflərlə çap olunan kitablari Politcs of language in the ex-soviet muslim states. London: Hurst and Company, 2001, Mосква, "Прогресс-Традиция"-2004, p. 260. (Prof. Jacob M. Landau, Prof. Barbara Kellner-Heinkele ilə birgə) Borçalı: dünən, bu gün, sabah. Bakı, "Adiloğlu" nəşriyyatı, 2010. (G. Hacıbəyli və K. Ramazanlı ilə birgə)
İstinadlar