Vilyam Morris (; ) — prerafaelitlərlə yaxından əlaqəli olan ingilis rəssamı, şairi, yazıçısı, tərcüməçisi, naşiri, sosialist və sənətşünas idi. O, "İncəsənət və Sənətkarlıq" () hərəkatının banisi idi. .

O, fikirlərini bu sözlərlə formalaşdırmışdır: “Hər hansı bəzək özündən kənar bir şeyi xatırlatmadığı zaman əbəsdir”.

Vilyam Morrisin bədii yaradıcılığı həm incəsənətin, həm də sənətkarlığın və ənənəvi dekorativ sənətin, eləcə də Avropa dizaynının, xüsusən də Alman Bauhauzunun ideya və təcrübələrinin sonrakı inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Naşirlik fəaliyyəti

1880-ci illərin sonlarında Morris "Kelmskott Press"i qurdu. Şirkətin məqsədi orta əsr çap ənənələrini canlandırmaq idi. Kitablar kiçik tirajlarla çap olunurdu və kağız istehsalından tutmuş mətbəəyə qədər bütün istehsal prosesi əl ilə həyata keçirilirdi. Bəzi kitablar perqament üzərində çap olunub. Morris bütün kitabların dizaynını özü edir, inisiallar və miniatürlər çəkir, yeni tipoqrafik şriftlər yaradır və çapçı kimi çalışırdı. "Mənim işimin mahiyyəti sadəcə çap məhsulları istehsal etmək deyil, gözəl kitablar hazırlamaqdır" deyə o, nəşriyyatın missiyasını belə müəyyənləşdirdi. E. Börn-Cons və Volter Kreyn "Kelmsc=kott Press" ilə əməkdaşlıq edirdilər.

Börn-Cons və Morrisin əməkdaşlığının diqqətəlayiq məqamlarından biri Cefri Coserin əsərləri toplusunun nəşri oldu (1896). Börn-Cons illüstrasiyaları yaratmış, Morris isə üç xüsusi şrift icad etmişdi: Golden, Troy и Chaucer, mətn orta əsr əlyazmalarını xatırladan mürəkkəb çiçək haşiyələri ilə çərçivəyə salınmışdı. Bu əsər sonrakı əsrdə bir çox kiçik özəl nəşriyyatları ilhamlandırdı.

İstinadlar

Kateqoriya:Britaniya şairləri Kateqoriya:İngilis şairlər Kateqoriya:Epik şairlər Kateqoriya:Britaniya sosialistləri Kateqoriya:XIX əsr filosofları