Propilen (C3H6) — alken sinfinə daxil olan doymamış karbohidrogen.
Xassələri Neftin krekinq və pirolizi zamanı alınan qazlar qatışığında olur və müxtəlif sintezlər üçün işlədilir. Propilendən texnikada ikili propil spirti, aseton, qliserin və başqa maddələr almaq üçün istifadə edirlər. Son vaxtlar müxtəlif şəraitdə polimerləşdirməklə propilenin müxtəlif polimerlərini alırlar. Bunlardan tetramerpropilen benzolla kondensləşdirilir və yuyucu maddələr almaq üçün işlədilir. Daha yüksəkmolekullu polipropilen isə xüsusi növ sintetik liflər və plastik materiallar almaq üçün əhəmiyyətlidir. Halogenlərlə reaksiyası
Hidrogenləşməsi Pt, Pd, Ni katalizatorlarının iştirakı ilə
Su ilə birləşməsi
İzopropanol alınır. Havada yanması 2CH2=CH-CH3 + 9O2 -> 6CO2 + 6H2O. Oksidləşməsi
Ədəbiyyat А. И. Артеменко, Органическая химия, М.:Высшая школа — 1998 Б. Д. Степин, А. А. Цветков, Органическая химия, М.:Высшая школа — 1994 Mənbə M.Mövsümzadə, P.Qurbanov "Üzvi kimya", Maarif-1983.
Kateqoriya:Alkenlər Kateqoriya:Qazlar Kateqoriya:Monomerlər Kateqoriya:Neft məhsulları