Mirzə Rəhim oğlu Məmmədov () — Azərbaycan SSR maarif naziri (1954–1959).

Həyatı Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonunun Siodi (indiki Siyov) kəndində anadan olmuşdur. 1917-ci ildə ailəvi Bakıya köçüb, 1918-ci ilin ağır mart hadisələrinə görə kəndə qayıdıblar. Ata-anası vəfat edəndən sonra 1919-cu ilə yenidən Bakıya, Sabunçu qəsəbəsində yaşayan böyük qardaşı Nurunun yanına qayıdıb. 1922-ci ildə Bakıdakı 1 nömrəli uşaq evinə düşüb. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. 1926-cı ildə Bakı Şəhər Xalq Maarif Şöbəsinin tövsiyəsi ilə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 1929-cu ildə Moskvadakı N. K. Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olmuşdur. Orada Sov. İKP sıralarına qəbul edilib. 1932-ci ildə həmin Akademiyanın pedoqoji fakültəsini bitirib və təyinatla Azərbaycan KP MK-ya göndərilib. Bədiyə xanımla ailə qurub. 1932–1937-ci illərdə LKGİ MK-da bir sıra məsul vəzifələrdə çalışmışdır.

1949-cu il noyabrın 10-da yazılmış avtobioqrafiyasının vərəqlərində qeyd edilir:

"1937-ci ilin may ayından 1938-ci ilin fevralınadək Azərbaycan K(b)P Lənkəran rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışam. 1938-ci ilin fevralından 1942-ci ilin noyabrınadək Azərbaycan SSR xalq maarif Komissarı təyin olunmuşam. 1942-ci ilin noyabrından 1944-cü ilin aprelinədək Azərbaycan KP MK-nın katibi (yeyinti sənayesi üzrə) olmuşam.Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət (1-ci kitab). səh. 205–214

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR xalq maarifi komissarları Kateqoriya:Azərbaycan SSR maarif nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin üzvləri