Kürdüstan qəzası () və ya Qızıl Kürdüstan (, ) — 1923–1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisində mövcud olmuş qəza.Административно-территориальное деление Азербайджанской Республики. Президентская Библиотека, Баку, 2007 Qəza Sergey Kirovun təklifi ilə 1923-cü il 21 iyun Azərbaycan SSR Xalq Komissarları Sovetinin iclasında yaradılmışdır. Kürdüstan qəzasının ilk mərkəzi Pircahan kəndi idi. Daha sonralar mərkəz Laçın şəhərinə köçürülmüşdür. Qəzanın ilk katibi Şuşada dünyaya gəlmiş, azərbaycanlı bolşevik Hüsü Hacıyev idi. 1926-cı ildəki siyahıya alınmada Kürdüstan qəzasında əhalinin etnik tərkibi 72,3% kürd, 26,7% türklər olsa da, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili olmuşdur.Ethno-Caucasus, Этнодемография Кавказа :Курдистанский уезд (перепись 1926 года) Всесоюзная перепись населения 17 декабря 1926 года, т. IV, пт.14, Центральное статистическое управление СССР, М., 1929, с. 13. SSRİ daxilində inzibati ərazi vahidlərinin dəyişdirilməsi sahəsindəki islahatlar zamanı ASSR-in 1929-cu il 8 aprel tarixli qərarı ilə Kürdüstan qəzası da ləğv edilmişdir.
Əhali
Etnik tərkib +Kürdüstan qəzası Etnik qrup Bütün qəza Laçın ş. Qaraqışlaq d. Kəlbəcər d. Qoturlu d. Qubadlı d. Kürdhacı d. Muradxanlı d.Cəmi51 4264356 05012 0464 88813 5338 2856 189kürd37 1821106 00311 9674 87318 1696 059azərbaycanlı13 74516421621313 3679919erməni37366812216213110rus8157154y.131ukraynalı20182y.y.y.y.y.gürcü33y.y.y.y.y.y.alman22y.y.y.y.y.y.tatar1y.1y.y.y.y.y.avar11y.y.y.y.y.y.ləzgi11y.y.y.y.y.y.
Dil +Kürdüstan qəzası Ana dili Bütün qəza Laçın ş. Qaraqışlaq d. Kəlbəcər d. Qoturlu d. Qubadlı d. Kürdhacı d. Muradxanlı d.Cəmi 51 4264356 05012 0464 88813 5338 2856 189azərbaycanca47 5942744 18611 6583 96513 3288 1226 061kürdcəKurmanc dili3 12321 799298871y.14112ermənicə380651412216213112rusca9874164y.13y.ukraynaca541y.y.y.y.y.gürcücə33y.y.y.y.y.y.almanca11y.y.y.y.y.y.farsca11y.y.y.y.y.y.tatarca1y.1y.y.y.y.y.
İstinadlar
Əlavə ədəbiyyat Букшпан А. Азербайджанские курды: Лачин, Кельбаджары, Нахкрай: Заметки /А. Букшпан; Выпускающий. З. Агаев Азербайджанский Гос. Научно-Исследоват. Институт Отделение Востока Баку, 1932.- 94 с.
Xarici keçidlər Qorbaçov Laçında "Kürdüstan" yaratmaq istəyib? — ARAŞDIRMA
Kateqoriya:Kürdüstan qəzası Kateqoriya:Dağlıq Qarabağ Kateqoriya:Kürd tarixi Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:SSRİ tarixi Kateqoriya:Ermənistan Sovet Sosialist Respublikası Kateqoriya:1923-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər