Keyt Apton (; ) — amerikalı model və aktrisa.

Həyatı Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir.

Karyerası 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir.

2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.

İstinadlar

Xarici keçidlər Rəsmi veb-saytı Rəsmi tvitter səhifəsi

Kateqoriya:Miçiqanda doğulanlar Kateqoriya:The Lions modelləri Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ xristianları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar