Məzmun Poeziya bayramları respublikamızda bir ənənəyə çevrilmişdi. SSRİ-nin yaradılmasının 60 illiyi şərəfinə keçirilən poeziya bayramı da bu ənənələrin davamı idi. Səksəndən çox xalqı və milləti təmsil edən sovet şairləri respublikamıza poeziya bayramına, şairlər Vətəni Azərbaycan torpağına gəlmişdilər.

Film məhz həmin görüşlər haqqında tamaşaçılara məlumat verir.

Budur, poeziya elçiləri Azərbaycanın paytaxtını gəzdikcə Nizami və Füzulinin, Sabir və Müşfiqin abidələri önündə dayanır, sanki onlara hesabat verir, sözün, şerin yüksək mənasını bir daha nümayiş etdirirlər.

Qədim Gəncənin sənət məbədgahı-Şıx düzündə Nizaminin məqbərəsi önündəki görüşü əks etdirən kadrlar yaddaqalandır.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Qulu Xəlilov Operator: Tofiq Sultanov, Köçəri Məmmədov, Yefim Abramov, Faiq Qasımov Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 329.

Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər