() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Şimali Amerikanın tundrasında, Kanadada, və Qrelandiyada Qoyunöküzlərin sürülərinə hal hazırda rast gəlmək olur. Norveçdə, Alyaskada və Şpitsberqdə qoyunöküzlər süni şəkildə yerləşdirilmişdir.

Qoyunöküzlərin hündürlükləri 145 santimetrə, çəkiləri 200-300 kiloqrama çatır, Bəzi hallarda yaşlı heyvanların çəkisi 400 kiloqrama çatır. Heyvanlar uzun yunlarının hesabına çox böyük görünürlər. Onların Yunları çox sıx və istidir. Boğazlarının altında və yanlarında tüklərin uzunluğu 90 santimetrə çarır. Qoyunöküzlərin genişalınlı başlarını Afrika camışlarının buynuzuna oxşar enli buynuzlar bəzəyir. Hədindənartıq soyuq havalarda Qoyunöküzlər bir-birlərinə bərk sixilaraq bədənlərini isti saxlayırlar. Yayda Qoyunöküzlər kiçiksürülər halında yaşayırlar. Digər vaxtlarda 100 heyvanın olduğu böyük sürülər halında yaşayırlar. Cənubda dişilər hər il bir bala, şimalda isə bir ildən bir bir bala doğurlar.Hamiləlik dövrü 9 ay çəkir. Dişilər balalarını 6 ay bəzi hallarda 1 ilə kimi südlə bəsləyirlər. 3-4 yaşından sonra Qoyunöküzlər çinsi yetkinliyə çatırlar.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Kanada məməliləri Kateqoriya:1780-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avropa məməliləri Kateqoriya:Asiya məməliləri Kateqoriya:Haloarktik fauna Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Qrenlandiya məməliləri