Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Şəkil qalereyası
İstinadlar
Kateqoriya:Fransa şəhərləri Kateqoriya:Fransa prefekturaları