thumb|200px|Çak Boldvin- Partiyanın 2008-ci ildə prezident seçkilərində rəsmi namizədi|left
ABŞ Konstitusiya Partiyası – 1991-ci ildə Hovard Fillips tərəfindən yaradılan siyasi partiyadır. Bu siyasi partiya 1999-cu ilə qədər ABŞ Vergi Ödəyicilərinin Partiyası adlanıb. Hal-hazırda partiyaya Cim Klaymer başçılıq edir.
Bu partiya siyasi baxışlarına görə sağ qüvvələrə daxildir və əsas ideoloji xüsusiyyətləri paleokonservatizm – ABŞ dövlətini yaradanların konservant yəni mühafizəkar idealarına, Konstitusiya qaydalarına və İncil-də olan dini prinsiplərə sadiq qalmaqdır. İqtisadi məsələlərdə bu partiyanın fikirləri respublikaçılar və libertian partiyasının fikirləri ilə səsləşir. Mühafizəkar və dini tipli partiya olaraq Konstitusiya Partiyası bəzi insan hüquqlarına qarşı çıxaraq onların məhdudlaşdırılmasını və ya tamamilə qüvvədən çıxarılmasının tərəfdarıdır.
Dini baxımdan olaraq partiya evtanaziya və aborta qarşıdır. Sözügedən hüquqların ya tamamilə ləğv edilməsi ya da ki, məhdudlaşdırılması üçün partiya ABŞ ictimaiyyətində təbliğat aparır. Bundan başqa partiya eyni cinsdən olan insanların nigahına qarşı çıxır. Miqrasiya məsələsində isə partiya leqal üsulların tərəfdarıdır və leqal olmayan üsullara qarşı sərt qərarların verilməsini istəyir. Partiyanın əsas istiqamətlərindən biri isə ABŞ konqresinin təhsil və səhiyyə sahələrinə qarışmasına əngəl qoymaqdır. Konstitusiya Partiyası bu addımla sözügedən sahələrdə sabitlik və inkişaf yaratmaq, konqresin bəzən düzgün hesablanmayan qərarlarından qorumaq istəyir. Partiyanın digər tələbi isə odlu silah gəzdirmək istəyənlərə çətinliklərin çıxartmadığı hüquqların verilməsidir. Konstitusiya partiyası iqtisadi əsasları möhkəmləndirmək üçün ABŞ-nin dünya iqtisadiyyatından izolyasiya olunmasını, beynəlxalq müqavilələrdən imtina edilməsini və ölkənin Şimali Amerika Azad Ticarət Zonası anlaşmasından (NAFTA), Ticarət Tarifləri üzrə əsas anlaşmadan (GATT) və Ümumdünya Ticarət Təşkilatından (WTO) çıxmasının tərəfdarıdır.
2008-ci ilin göstəricisinə əsasən partiyanın rəsmi üzvlərinin sayı 438 min nəfərdən çoxdur. Bu üzvlər əsasən Kaliforniya ştatının vətəndaşlarıdır.
Prezident seçkilərində iştirak göstəricisi İlPrezidentliyə namizədVitse-prezidentliyə namizədQazanılan səslər 1992 Hovard Fillips Albion Knayt 43 369 1996 Hovard Fillips Xerb Taytes 184 820 2000 Hovard Fillips Kertis Freyzer 98 022 2004 Maykl Perutka Çak Boldvin 143 630 2008 Çak Boldvin Darrel Kasl
Mənbə 1. Ballot Access News (ingiliscə) 2. 2008-ci il ABŞ prezident seçkilərində "III partiyalar"ın icmalı (rusca)
Kateqoriya:ABŞ-dəki siyasi partiyalar Kateqoriya:ABŞ-də sağçı populizm Kateqoriya:Sosial mühafizəkar partiyalar Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:İfrat sağçı siyasi partiyalar