Tur de Frans () — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması.

Yarışmanın prinsipləri 300px|thumb|right|Yelisey çöllərində velosipedçilər Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun.

Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir).

Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir.

Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur.

Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı. Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər.

Köynəklər Sarı köynək 20px Le maillot jaune Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir. Bu köynək digərləri ilə müqayisədə daha prestijli sayılır. Əvvəllər sarı səhifələri olan və yarışa sponsorluq edən qəzet liderin köynəyinə tikilirmiş. Sarı köynək geyinmək ənənəsi də o vaxtdan qalmışdır.

Yaşıl köynək 20px Le maillot vert Sprinter hesabında lider olan velosipedçi yaşıl köynək geyinir. Ənənə 1953-cü ildən mövcuddur.

Noxudlu ağ köynək 20px Le maillot à pois rouges Qırmızı noxudlu ağ köynəyi ən yaxşı dağ velosipedçisi geyinir. Köynək fransızca à maillot pois rouges adlanır ki, bunun da hərfi tərcüməsi "qırmızı noxudlu köynək"dir.

Ağ köynək 20px Le maillot blanc Yarışın ən yaxşı gənc yarışçısı ağ köynək geyinir. Bu köynəyi geyinən velosipedçinin yarış keçirilən ilin 1 yanvarına qədər yaşı 25-dən az olmalıdır. Ənənə 1975-ci ildən mövcuddur.

Ən aqressiv yarışçı 20px Prix de la combativité Hər mərhələnin nəticəsinə görə ən aqressiv (döyüşkən, mübariz) velosipedçiyə növbəti gün qırmızı fonda yazılmış xüsusi ağ nömrə verilir. Ən vacib meyarlardan biri: hücum stili nümayiş etdirmək, davamlı həmlələr etmək sayılır. Ən aqressiv velosipedçini mütəxəssislər qrupu müəyyənləşdirir.

Direktorlar İllərDirektor1903 — 1939Anri Deqranj1947 — 1961Jak Qodde1962 — 1986Jak Qodde və Feliks Levitan1987Jan-Fransua Nake-Radiqe1988Jan-Pyer Kurkol1989 — 27 oktyabr 2005Jan-Mari Leblan27 oktyabr 2005 — indiyə qədərKristian Pryudomm

Xarici keçidlər

Tour de France'ın rəsmi saytı

Həmiçin baxın Velosiped Velosiped idmanı

Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Fransada keçirilmiş beynəlxalq idman yarışları Kateqoriya:İyuldakı bayramlar Kateqoriya:Parisdə idman yarışları Kateqoriya:Velosiped idmanı üzrə yarışlar