Zemfira Mehdi qızı Quliyeva () — tibb elmləri doktoru, professor, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibbi kadrların təlimi şöbəsinin müdiri.

Həyatı 1974–1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil almışdır. 1982-ci ildə SSRİ Mərkəzi Həkimləri Təkmilləşdirmə institutunda reanimasiya və intensiv terapiya üzrə ixtisasartırmada olmuşdur. 1982–1987-ci illərdə Sumqayıt şəhər uşaq xəstəxanasında intensiv terapiya şöbəsinin həkimi işləmişdir.

1987–1990-cı illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya kafedrasının klinik ordinatoru olmuşdur.

1994-cü ildə namizədlik dissertasiyasını, sonralar isə "Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Tibb elmləri doktorudur.

1990–1991-ci illərdə Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda pediatriya kafedrasının baş laborantı olmuşdur.

1991–2001-ci illərdə Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda pediatriya kafedrasının assistenti işləmişdir.

2001–2018-ci illərdə Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunda pediatriya kafedrasının dosenti olmuşdur.

2005-2026-cı illərdə terapiya fakültəsinin dekanı vəzifəsində çalışıb. Həmin ilin mayında tibbi kadrların təlimi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Z. M. Quliyeva kafedranın tədris və elmi-tədqiqat işlərində fəal iştirak edir. O əsasən neonatologiya, erkən yaş dövrünün patologiyaları, həzm sisteminin xəstəlikləri, uşaq infeksiyaları, parazitar xəstəliklər, intensiv terapiya üzrə ixtisaslaşmışdır.

O, 69 elmi əsərin, 36 məqalənin, 2 metodik tövsiyə və 3 tədris-metodik vəsaitin və 1 dərs vəsaitinin müəllifidir.

2015-ci ildə Azərbaycan Respublikasının əməkdar həkimi fəxri adına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan pediatrları