2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsi − 10-cu Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 1 dekabr 2012-ci il tarixində Niderlandın paytaxtı Amsterdamda Heineken Music Halldə, "Break the Ice" ("Buzu Sındır") devizi altında keçirilib. Daha öncə Niderland 2007-ci ildə Rotterdam şəhərində Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. Albaniya, Azərbaycan və İsrail müsabiqədə ilk dəfə iştirak edib. 2011-ci ildə müsabiqədə iştirak edən Bolqarıstan, Latviya, Litva və Makedoniya isə maliyyə problemləri səbəbindən iştirakdan imtina edib.
Amsterdamda keçirilən "Junior Eurovision-2012" mahnı yarışmasında "Nebo" mahnısı ilə Ukrayna təmsilçisi Anastasiya Petrık qalib gəlib.
İştirakçılar thumb|250px|JESC 2012 Map|İştirakçı ölkələrin xəritəsi
№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal01 Rusca, İtalyanca Eqor Jeşko "A More-More" A Dəniz-Dəniz 9 5602 İsveçcə Lova Sönnerbo "Mitt Mod" Mənim Cəsarətim 6 7003 Azərbaycanca, İngiliscə Suada Ələkbərova və Ömər Sultanov "Girls & Boys (Dünya Sənindir)" Qızlar və Oğlanlar 11 4904 Niderlandca Fabian "Abracadabra" Abrakadabra 5 7205 Rusca, İngiliscə Lerika "Sensation" Sensasiya 4 8806 İvritcə, İngiliscə, Fransızca, Rusca Kids.il "Let The Music Win" Qoy Musiqi Qələbə Qazansın 8 6807 Albanca İqzidora Cyeta "Kam Një Këngë Vetëm Për Ju" Mənim Sadəcə Sənə Mahnım Var 12 3508 Ermənicə, İngiliscə Compass Bandhttp://eurovoix.com/armenia-compass-to-amsterdam/ "Sweetie Baby" Şirin Uşaq 3 9809 Ukraynca, İngiliscə Anastasiya Petrık "Nebo" Səma 1 13810 Gürcücə, İngiliscə The Funkids "Funky Lemonade" Şən Limonad 2 10311 Rumınca, İngiliscə Denis Midone "Toate Vor Fi" Hər Şey Yaxşı Olacaq 10 5212 (ev sahibi) Niderlandca Femke "Tik Tak Tik" — 7 69
Qiymətləndirilməsi thumb|230px|right|Anastasya Petrik İştirakçılar 12 x. Uşaq münsif BELA İSV AZƏ BEL RUS İSR ALB ERM UKR GÜR MOL NID Belarus121172412710720 İsveç126715571222074 Azərbaycan122231301005803 Belçika12337376751468 Rusiya1281082840866106 İsrail12454548168317 Albaniya120001200310142 Ermənistan1258607101031212310 Ukrayna121012124121212612101212 Gürcüstan12126108668510785 Moldova120421032543421 Niderland127156101284355
12 xallar Say İştirakçı ölkə 12 xal verən ölkələr 8 Ukrayna Ermənistan, Belçika, İsrail, Moldova, Niderland, Rusiya, Belarus, İsveç 2 Ermənistan Gürcüstan, Ukrayna1 Albaniya Azərbaycan Gürcüstan Uşaq münsiflər İsveç Albaniya
İştirakdan imtina edən ölkələr - 11 İyun 2012-ci ildə, Bolqarıstanın BNT kanalı ölkənin 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməyəcəyini təsdiqlədi. - 27 İyun 2012-ci ildə, Latviyanın LTV kanalı ölkənin 2012-ci ildə müsabiqədə iştirakdan imtina etdiyini təsdiqlədi. İmtinanın səbəbi maliyyə problemləri və son illərdə Latviyanın yarışmada əldə etdiyi zəif nəticələr olduğu düşünülür. - 27 İyun 2012-ci ildə, Litvanın LRT kanalı ölkənin 2012-ci ildə müsabiqədə iştirak etməyəcəyini açıqladı. Buna səbəb maliyyə problemidir. - 13 İyul 2012-ci ildə, Makedoniyanın MKRTV kanalı 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etdiyini təsdiqlədi. Buna səbəb kimi kanal müsabiqənin sesvermə sistemindən razı qalmamasını və maliyyə problemlərini göstərmişdir.
Həmçinin bax
2012 Avroviziya Mahnı Müsabiqəsi
Xarici keçidlər
JuniorEurovision.tv
İstinadlar
Kateqoriya:Avroviziya Uşaq Mahnı Müsabiqəsi