Corc Orson Uells (; ) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. Xüsusilə Brodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası, "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır.
"Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu və Böyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətilə Vatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı olmuşdur.
Mükafatları 1941-ci ildə "Vətəndaş Keyn" filminə görə ən yaxşı ssenari nominasiyasında "Oskar" mükafatı 1952-ci ildə "Otello" filminə görə "Qızıl palma budağı" 1964-cü ildə "Proses" filminə görə Fransa kinotənqidçilər cəmiyyətinin mükafatı 1975-ci ildə Amerika Kino Sənəti İnstitutunun "Kinematoqrafdakı xidmətlərinə görə" mükafatı
Filmoqrafiya
Rejissoru olduğu filmlər 1934 — "Dövrün ürəkləri" / The Hearts of Age 1938 — "Çoxlu Consonlar" / Too Much Johnson 1941 — Vətəndaş Keyn / Citizen Kane 1942 — "Möhtəşəm Embersonlar" / The Magnificent Ambersons 1946 — "Əcnəbi" / The Stranger 1947 — "Şanxaylı ledi" / The Lady from Shanghai 1948 — Makbet / Macbeth 1952 — Otello / The Tragedy of Othello: The Moor of Venice 1978 — "Otello" filminin çəkilişi / Filming "Othello" (sənədli film) 1955 — "Cənab Arkadin" / Mr. Arkadin 1958 — "Şərin möhürü" / Touch of Evil 1963 — "Mühakimə" / Le procès 1981 — "Mühakimə" filminin çəkilişi / Filming "The Trial" (sənədli film) 1965 — "Gecəyarı zəngləri (Falstaf)" / Campanadas a medianoche 1968 — "Ölümsüz hekayə" / The Immortal Story 1975 — "Doğru və yalan" / F for Fake
Aktyor kimi Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
İstinadlar
Xarici keçidlər
Orson Welles – The One Man Band (1995) Senses of Cinema Great Directors Critical Database: Orson Welles Orson Welles bibliography Mercury Theatre on the Air Orson Welles: A Man of a Certain Ego by Rodger Jacobs at Pop Matters
Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri