Qarabağ () — Əfqanıstanın Kabil vilayətinin Qarabağ vulusvalisində şəhər.

Əhalisi Ərazisində 15.000 nəfər əhali yaşayır. 2002-ci ilin statistikasına əsasən əhalinin 60 %-i taciklərdən və 40 % isə puştunlarından ibarətdir.

Tarixi Bəzi tarixi mənbələr Qızılbaşların İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. Əfqanıstanda baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabagh bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazım olan ərazilərin siyahısına əlavə etmişdir.

Həmçinin bax Əfqanıstan Kabil Kabil vilayəti Bəgrami rayonu Çəhar Asyab rayonu Fərze rayonu Güldərə rayonu

Xarici keçidlər Kabil vilayəti

İstinadlar

Kateqoriya:Əfqanıstan Kateqoriya:Kabil vilayəti