Betmen və ya Yarasa-adam () — ABŞ rejissoru Tim Börton tərəfindən çəkilən ABŞ filmi. Filmin baş qəhrəmanı Betmendir.

Məzmun

Kiçik bir uşaq olan Brüs Ueyn ana və atasının bir quldur tərəfindən öldürülməsinə şahid olur. Özünü Qotem şəhərini cinayətdən xilas etməyə həsr edər. Şirkətin iş adamı olan Ueyn, gecələri "Betmen" kostyumunu geyib günahkarları tutar. Bir neçə il sonra Qotem yeraltı cinayət dünyasının başına Karl Qrissom keçər. Yeni bölgə prokuroru Harvey Dent, Polis Komissarı Ceyms Qordon və bütün polis təşkilatının mübarizəsinə baxmayaraq şəhər cinayət dünyasından xilas edilə bilmir. Jurnalist Aleksandr Noks və fotoşəkilçi Viki Veyl gecələri ortaya çıxıb günahkarları öldürən və şəhərə qorxu yayan yarasa adamın izinə düşər. Viki və Noks, milyonçu Brüs Ueynin köşkündə təşkil etdiyi partiyaya araşdırma məqsədi ilə iştirak edirlər. Eyni gecə Karl Qrissom sağ qolu Cek Neyperi kimya fabrikinə göndərir. Polis bunu xəbər alıb oraya gedər. Cek bunun müdiri Qrissom tərəfindən təşkil edilmiş bir sui-qəsd olduğunu başa düşür.

Cek və qrupu polislər ilə qarşıdurmaya girir. Fabrikdəki vəziyyətdən xəbərdar olan Betmen fabrikaya gedir. Cekin üzü bir qəza nəticəsində yara alar və o bilinməyən bir kimyəvi maddənin içinə düşmək üzrəykən Betmen onun əlini tutur. Ancaq Cekin əli sürüşür və kimyəvi maddənin içinə düşür. Polisin arxasına düşdüyü Betmen farikadan çıxır. Cek qısa müddətdə xilas olur. Ancaq üzündə və bədənində qalıcı olaraq izlər qalır. Üzü ağappaq, saçları yaşıl olar və özünə xas bir gülümsəmə qazanır. Özünə "Coker" adını verir.

Qrissomu öldürdükdən sonra bir çox təməl məhsulun içinə öldürücü kimyəvi maddələr qoyur. Qotem xalqı təməl ehtiyaclarını qarşılaya bilmir. Sonda Betmen həmin kimyəvi maddəni tapır və bunu Viki Veylə verir. "Coker" Viki Veylə romantik bir yaxınlıq hiss etməyə başlayır. Brüs Ueyn uşaqlığında ana və atasını öldürən adamın "Coker" olduğunu başa düşür. "Coker" Qotem xalqını öldürmək üçün bir şənlik hazırlayır. Bu şənlikdə insanlara pul dağıdacağını söyləyir. Ancaq yanında gətirdiyi şarlar içində xalqı öldürəcək olan bir qaz vardır. Betmen "Coker"in planını pozur. "Coker" Viki Veyli yanına alıb bir binanın ən üst qatına çıxır. "Coker" Betmen ilə mübarizə etdikdən sonra zəng qülləsindən yerə düşür və ölür. Betmen Qotem xalqının yanında olacağını yazdığı bir mesajla çatdırır və Polis Təşkilatını özünə ehtiyacları olduğu anda çağırmaları üçün Yarasa siqnalını buraxır.

Rollarda Aktyor/aktrisa Rol Maykl Kiton Brüs Eyn/Betmen Cek Nikolson Cek Nalyer/Coker Kim Beysinqer Jurnalist Viki Veyl Maykl Qof Alfred Pennivort Cerri Holl Alisa

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Betmen filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Tim Börtonun filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Hartfordşirdə çəkilən filmlər Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Neonuar Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:1989-cu ilin filmləri