King Uncle (mənası Kral əmi) Rakeş Roşanın rejissorluq etdiyi Hindistan filmi. Filmin əsas rollarında Şahrux Xan, Ceki Şrof və Anu Aqarval yer almışdır. Filmin orijinal versiyası hindi dilindədir.
Mövzusu
Aşok Bansal (Ceki Şrof) uşaqlığı travmatik keçən bu insan öz yanındakılara belə pulun hər şeydən vacib olduğunu öyrədən şəxsdir. Aşok kasıb insanlara nifrət edər, buna görə də yoxsulluqdan çıxmaq üçün ağır şəraitdə işləməyə başlayar. Sərvət əldə etmə prosesində kiçik qardaşı Anil (Şahrux Xan) və bacısı Sunitadan (Nivedita Saraf) ibarət olan ailəsinə biganə yanaşar. Qardaşının başqa bir biznesmen ilə evləndirməsinə baxmayaraq Sunita Aşokun menecerinə (Vivek Vasvani) aşiqdir. Anil qardaşının bu həyat tərzinə qarşı çıxar və Kavita (Naqma) ilə evlənmək üçün evi tərk edər.
Uşaqlara pis davranan yetimxanadan olan Munna (Puca Ruparel) Aşokun həyatına daxil olandan sonra onun həyatını sonsuzadək dəyişdirər. Başlanğıcda Aşok üçün baş bəlası olar. Aşok onu yetimxanaya qaytarar, amma yenə onun üçün darıxdığını hiss edər. Sonradan ailənin əhəmiyyətini dərk edərək və onuda öz ailəsinə qəbul edər. Bacısını pisniyyətli ərindən xilas edər və qardaşından da üzr istəyər, onların hər ikisini evə gətirər.
Rollarda Aktyor / Aktrisa Rolu Şahrux Xan Anil BansalCeki Şrof Aşok BansalAnu Aqarval Fenni FernandoPareş Raval PratabDeven Verma KərimNaqma KavitaPuca Ruparel MunnaSusmita Mukherci ŞantiDineş Hinqo ÇunilalDalip Tahil Pradip Malik
Musiqi # Ad Müğənni 1 "Akkad Bakkad Bombay Bo" Sudeş Bhosle, Alka Yaqnik 2 "Dil Mane Jise Wohi Apna" Kumar Sanu 3 "Dil Mane Jise Wohi Apna" Sudeş Bhosle, Aşa Bhosle 4 "Hum Rahe Na Rahe Yahan Par" Sadhana Sarqam 5 "Is Jahan Ki Nahin Hain" Nitin Mukeş, Lata Manqeşkar 6 "Khush Rahne Ko Zaroori" Vinod Rathod, Nitin Mukeş, Alka Yaqnik, Sadhana Sarqam 7 "Parody" Sudesh Bhosle, Sapna Mukherci 8 "Tare Aasman Ke Dharti Pe" Sadhana Sarqam
Məlumatlar Filmin baş roluna Amitabh Baççan dəvət olunmuşdu. Ancaq o bu təklifi rədd etmişdir. Film musiqili Amerikan filmi olan Enni filminin əsasında çəkilmişdir.
Xarici keçidlər King Uncle IMDB səhifəsi
Kateqoriya:Hindistan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın dram filmləri Kateqoriya:Hindistanın komediya filmləri Kateqoriya:Dramlar Kateqoriya:Amerika filmlərinin hind remeykləri