Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır.. "Forbes" jurnalı onun sərvətini 1.1 milyard dollar qiymətləndirib.

Karyerası Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib.

Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub. Cameron Amerika montajçılar cəmiyyətinin üzvüdür. 

Lightstorm Entertainment prodüser şirkəti ona məxsusdur. Bu şirkəti Larri Kasanoffla birlikdə 1990-cı ildə açmışlar. Şirkət Terminator 2: Axirət günü, Titanik , Avatar kimi filmlərə prodüserlik edib.

Cameronun dediyinə görə ona işlərində yaxşı mənada təsir edənStanley Kubrick olub. 

Ceyms Kemeron ateistdir. Ondan soruşanda ki, dünyadan köçmüş insanlardan kimlə görüşmək istərdiniz? Cavabı belə verir: "İsa peyğəmbərlə. Ondan soruşmaq istəyirəm ki, bütün bu işləri necə edib. Bu ideologiyanı bu qədər insanın beyninə necə yeridib." 

İlk dəfə tarixdə James Cameron xüsusi effektlər üçün "morphing" adlanan kopyuter proqramından istifadə edib. Əsasən də Terminator 2: Axirət günü filmində "morphing" özünü daha çox göstərib. Robert Patrick  bu proqramın köməyi ilə öz formasını dəyişirdi. 

Filmoqrafiya İl Filmin orijinal adı Filmin Azərbaycan dilində adı Vəzifəsi 1981 Galaxy of Terror Qalaktik terror ikinci dərəcəli rejissor 1981 Piranha II: The Spawning Pirana 2 rejissor, ssenari həmmüəllifi 1984 The Terminator Terminator rejissor, ssenari həmmüəllifi 1985 Rambo: First Blood Part II Rembo: Birinci qan. II hissə ssenari həmmüəllifi 1985 Rambo: First Blood Part II Rembo: Birinci qan. II hissə ssenari həmmüəllifi 1986 Aliens Yadlar ssenari müəllifi, rejissor 1989 Abyss Uçurum rejissor, ssenari həmmüəllifi 1991 Terminator 2: Judgment Day Terminator 2: Axirət günü prodüser, rejissor, ssenari həmmüəllifi 1991 Point Break Qırılma nöqtəsi icraçı prodüser 1994 True Lies Həqiqi yalan rejissor, ssenari həmmüəllifi, prodüser 1995 Strange Days Qəribə günlər süjet müəllifi, ssenari həmmüəllifi, prodüser 1997 Titanic Titanik rejissor, ssenari müəllifi, prodüser 2002 Solaris Solaris prodüser 2009 Avatar Avatar rejissor, ssenari müəllifi, prodüser 2011 Sanctum Sanktum icraçı prodüser 2012 Cirque du Soleil: Worlds Away Soleil Sirki: Serhli dünya icraçı prodüser 2019 Alita: Battle Angel Alita: döyüş mələyi ssenari həmmüəllifi, prodüser 2019 Terminator: Dark Fate Terminator: Qara talelər süjet həmmüəllifi, prodüser

İstinadlar

Kateqoriya:Kanadada doğulanlar Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Kanada kinorejissorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Qızıl Qlobus mükafatı laureatı prodüserlər