right|300px|thumb|Cuğa nekropolunun 1915-ci ildə Aram Vryur tərəfindən çəkilmiş fotosu Cuğa nekropolu () — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.

Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur.

right|thumb|300px|Cuğa nekropolunda xaçdaşlar fonunda qoç formalı məzar daşı. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi.Castle, Stephen. "Azerbaijan 'flattened' sacred Armenian site ." The Independent. April 16, 2006. Retrieved April 16, 2007. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır.Maghakyan, Simon. "Sacred Stones Silenced in Azerbaijan ." History Today. Vol. 57, November 2007, pp. 4–5.

Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir."High-Resolution Satellite Imagery and the Destruction of Cultural Artifacts in Nakhchivan, Azerbaijan ." AAAS. December 8, 2010.

Tarix

Cuğa şəhəri Azərbaycan ərazisindəki kiçik orta əsr yaşayış məskənlərindən olmaqla ilkin dövrdə kənd kimi formalaşmış, orta əsrlərdə isə böyüyərək şəhərə çevirilmişdir. XVI əsrdə şəhərdə 20–40,000 erməninin məskunlaşması və onların ticarət və sənətkarlıqla məşğul olmaları bildirilir.Ayvazyan, Argam. "Ջուղա" (Jugha). Armenian Soviet Encyclopedia. vol. ix. Yerevan: Ermənistan Elmlər Akademiyası, 1983, pp. 549–550. Qədim xaç daşların yerləşdiyi Cuğa nekropolu şəhərin qərb hissəsində yerləşir. Məzarlıqdakı ən qədim qəbirlər IX – X əsrlərə, son qəbirlər isə XVII əsrlərə aiddir. 1605-ci ildə I Şah Abbasın Naxçıvan əhalisinin bir hissəsini (xüsusilə xristian erməniləri) İranın içərilərinə doğru köçürməsindən sonra Cuğa şəhəri demək olar ki tamamilə boşalmış, burada yaşayış azalmışdı.Ayvazyan, Argam. "Ջուղաի գերեզման" (The Cemetery of Jugha). Armenian Soviet Encyclopedia. vol. ix. Yerevan: Armenian Academy of Sciences, 1983, p. 550.

Nekropolda yüzlərlə xaç daşından başqa çoxlu sayda üzəri müxtəlif xristian motivləriilə bəzədilmiş sənduqələr, Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid qoç və at formalı məzar daşları da vardır. 1648-ci ildə Cuğaya səfər etmiş fransız səyyahı Aleksandr de Rodun qeyd etdiyinə görə hələ o zaman qəbirsanlıqda 10,000-ə qədər xaç daşı olmuşdur. Lakin Naxçıvan ərazisi daim toqquşmalar meydanı olduğu üçün buradakı bir çox abidələr kimi Cuğa nekropolu da ziyan çəkmiş və 1903–1904-cü illərə həmin xaç daşlardan yalnız 5,000-i çatmışdır.

Cuğa xaç daşları

Azərbaycan tədqiqatçıları Cuğa nekropolundakı xaçdaşların birmənalı olaraq Qafqaz albanlarına məxsus olduğunu və Cuğa şəhərinin xristian əhalisinin Qafqaz albanlarından ibarət olduğunu bildirirlər.Д. А. Ахундов – Архитектура древних культовых сооружений Азербайджана, Уч. Зап. Мин. Ви СС, сер. Х, № 3, 1974, БакуFəridə Məmmədova – Qafqaz Albaniyası və albanlar, Bakı, 2005

Maraqlı və özümlü həllə malik Cuğa xaçdaşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür. Onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə və ya haləyə oxşar saçı olan kişi başı təsvir edilmişdir. İkonoqrafik əlamətlərinə görə o, İsanın (ə. s.) başına oxşayır.A. Axundova, M. D. Axundov – Cuğa xaçdaşları, Azərbaycan abidələri dərgisi, N1, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1984 Ümumiyyətlə bu mürəkkəb kompozisiyalarda müxtəlif din və etiqadların (zərdüştilik, mitraizm, xristianlıq və islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya xaçlar bunu təsdiq edir. Xaçdaşlardakı İsa obrazını hələ də xalq arasında yaşayan obrazlar – xeyirxah əjdaha – nəhənglər mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir az açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyini əks etdirən təsvirlər buna sübutdur.

Xaçdaşların yuxarısında İsanın başı göstərilən kompozisiyalar kimi eyni qanuna tabe olan bir neçə ikonoqrafik təsvirlər – özümlü sintez yolu ilə alınmış mitraist-xristian təsvirləri vardır. Onların birinci planında tanrı, ikinci öküz (bəzən maral), quş, üçüncü və dördüncü planlarda isə mələklər (əgər əshabələr olarsa) təsvir olunmuşdur. Xristian xaçdaşında Mitranın əbədi yol yoldaşları – şir, öküz və quşun təsvir edilməsi albanların bir hissəsinin xristianlığın yayıldığı dövrdə hələ də öz əsgi inamlarında qalmaları haqqında mənbələrdə verilən məlumatlarla üst-üstə düşür. İoanna Boqaslovun şərhində "…mələklər dörd canlı varlıq – qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir çığırır, buğa fəryad edir, insan danışır."Д. И. Протопопов – Обьяснение всеносного бдения и литургии, Москва, изд. Стунина, 1908, стр 69 Lakin Cuğa xaç daşlarındakı təsvirlər göstərilən simvollarla uyğun gəlmir. Belə ki, Cuğa xaç daşlarında göstərilən quş və heyvan təsvirlərinin yanında mələklər də təsvir edilmişdir. Bundan başqa əksər xaç daşlarda quş əsasən tovuz quşu obrazında təsvir olunub, buğa isə tez-tez maralla əvəzlənir. Alban mədəniyyətində tovuzquşu təsvirləri çox tez-tez rastlaşılan obrazlardandır. Gəncəsər monastırında əsas monastır binasının fasadında bu obraza tez-tez təsadüf edilir, Mingəçevir kilsə kompleksində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan və hazırda Azərbaycan Tarix Muzeyində sərgilənən xaç altlığında da (bəzi tədqiqatçılara görə bu daş qurbangahdır) həyat ağacını qoruyan iki tovuz quşu təsvir edilmişdir.

Mütəxəssislər tərəfindən tədqiq edilən Cuğa xaç daşlarında Mitranın bu atributları xristian tanrısının ayaqları yanında yerləşdirilmişdir. Xaçdaşlardan birində mərkəzi tanrı fiquru sol əlində su ilə dolu kasa tutaraq sağ əlinin iki barmağı ilə onu göstərir. Tanrının başı ətrafında üzərində üç kürə geydirilmiş (biri başının üstündə, ikisi isə üzünün yanlarında) elliptik halqa təsvir olunmuşdur. Ondan başa doğru işıq şüaları gedir. Meridional şəkildə kürələr yerləşmiş – ellips Böyük Mitranın səciyyəvi təcəssüümü, sonsuz fəzanın, kosmosun simvolik təsviridir.Д. А. Ахундов – Архитектура древних культовых сооружений Азербайджана, Уч. Зап. Мин. Ви СС, сер. Х, № 3, 1974, Баку, стр 5 Kosmos mifologiyanın zeniti və onu tamamlayan kateqoriyadır.М. Д. Ахундов – Пространство и время в мифологической картине мира, Сб. "В. И. Ленин и некоторые вопросы развития научного познания", изд. Елм, Баку, 1980, стр 153 Təsvir olunmuş kompozisiyanın hər iki yanında iki çatmatağlı tağça yerləşir. Onlarda diz çökmüş, əlləri və baxışları mərkəzi tanrı fiquruna yönəlmiş mələklər təsvir olunmuşdur.

Hələ SSRİ hakimiyyəti dövründə müxtəlif zamanlarda cuğa xaçdaşlarının bədii və elmi baxımdan ən dəyərliləri oğurlanaraq Ermənistana aparılmışdır və hal-hazırda da Üçmüədzin kafedralının həyətində erməni xaçkarları kimi sərgilənir. Üçmüədzinə aparılmış xaçdaşlar üzərində dəyişikliklər həyata keçirilmiş, onların alban yazılı hissələri silinmiş və ya tamamilə qırılmışdır, lakin Cuğada qalan bir çox xaçdaşların üstündə alban yazıları indi də qalmaqdadır.

Məhv edilməsi

Tarixi Culfa rayonunda Azərbaycan hökuməti tərəfindən erməni xaçkarlarının məhv edilməsi haqqında ilk dəfə olaraq Ermənistan 1998-ci ildə səsləndirmişdir. Bundan bir neçə il əvvəl isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki etnik erməni vətəndaşları Azərbaycana qarşı qaldıraraq öz azadlıqları uğrunda müharibəyə səsləmiş və nəticədə Qarabağ müharibəsi baş vermişdi. Müharibə 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilməsi ilə dayandırılmışdı. Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisinin iyirmi faizini itirmiş, Qarabağdakı ermənilər tanınmamış Dağlıq Qarabağ Respublikası qurmuş, Qarabağın türk kökənli sakinləri isə qaçqın vəziyyətinə düşmüşdür. Amerika Arxeologiya İnstitutundan Sara Pikman qeyd edir ki, "Qarabağın itirilməsi azərbaycanlıların Naxçıvandakı erməni abidələrini məhv etmək istəmələrində böyük rol oynamışdır."Pickman, Sarah. "Tragedy on the Araxes ." Archaeology. June 30, 2006. Retrieved April 16, 2007

1998-ci ildə Azərbaycan Ermənistanın Culfada erməni xaçkarlarının məhv edilməsi ilə bağlı iddiasını rədd etmişdir. Bundan sonra Erməni Memarlığı Cəmiyyətinin İrandan olan üzvü Arpiayr Petrosyan qəbiristanlığın buldozerlərlə məhv edildiyini göstərən video kadrları yayımlamışdır.

Bundan sonra İran hökuməti Naxçıvan Muxtar Respublikası rəhbərliyi ilə birgə abidələrin məhvini pisləyən bəyannamə yaymışdır. Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Həsən Zeynalov, Culfada erməni xaçkarlarının məhv edilməsi iddiasını "ermənilərin növbəti çirkli yalanı" adlandırmışdır. Azərbaycan hökuməti ona qarşı yönəldilən iddialara birbaşa cavab verməsə də, "Azərbaycanlıların ruhunda vandalizmin olmaması"nı qeyd etmişdir."Azeris dismiss Iran's concern over Armenian monuments in Nakhchivan ." BBC News in BBC Monitoring Central Asia. December 11, 1998. Retrieved April 16, 2007 Ermənistan tərəfinin ciddi reaksiya verməsi və Ermənistan Mədəniyyət Naziri Qagik Gurdiciyanın Azərbaycanın erməni abidələrini məhv etməsinin qarşısını almaq üçün beynəlxalq aləmə müraciət etməsindən sonra Azərbaycanın bu fəaliyyətini bir müddət dayandırdığı iddia edilir.

Erməni arxeoloq qeyd edir ki, 1987-ci ildə onların Naxçıvana ilk səfəri zamanı bölgədə "27,000 monastır, kilsə, xaçkar və sənduqə" tipli abidə olmuşdur. 1998-ci ildə isə xaçkarların saynın 2,700-ə düşdüyü bildirilir."Armenian intellectuals blast 'barbaric' destruction of Nakhchivan monuments ." BBC News in BBC Monitoring Central Asia. February 13, 2003. Retrieved April 16, 2007

2003-cü ildə yeni iddialar 2003-cü ildə ermənilər Azərbaycanın yenidən Naxçıvandakı erməni abidələrini məhv etməyə başlaması haqqında iddia ortaya atdılar. 4 dekabr, 2002-ci ildə erməni arxeoloq və tarixçilər görüşərək müzakirələr aparmış, nəticədə bir müraciət qəbul edərək bunu bütün beynəlxalq təşkilatlara və onların rəhbərliklərinə çatdırmışdılar.

Qədim Cuğa nekropolunda 10,000-dən çox xaç daşı və digər məzar daşlarının olduğu, onların 2,000-ə qədərinin isə 2002-ci ilə kimi öz ilkin görünüşünü qoruduğu bildirilir. 2005-ci ilin dekabrında İran erməniləri Arazın İran sahilindən Naxçıvanda Azərbaycan əsgərləri tərəfindən ağır texnikanın da istifadə edilməsi ilə Cuğa nekropolunun məhv edilməsinin tamamlandığını və bu prosesi əks etdirdiyi video və fotolar yaymışlar.

Beynəlxalq münasibət