Konstantin Aleksandroviç Nazarov () — Sovet İttifaqı Qəhrəmanı.
Həyatı Konstantin Aleksandroviç Nazarov RSFSR-in Stavropol diyarının Kislovodsk şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri Bakı şəhərində keçib.
Böyük Vətən müharibəsi başlamasına bir-neçə gün qalmış Tbilisi Dağ-Topçu Məktəbinə daxil olub.
Buranə bitirdikdən sonra atıcı diviziyanın bölmə komandiri təyin edilir.
Narev çayının alınmasında igidlik göstərmişdir.
Müharibədən sonra Dzerjinsk adına Artileriya Akademiyasını bitirmişdir. Müxtəlif hərbi vəzifələrdə çalışmış, General-mayor rütbəsinə qədər yüksəlmişdir.
1985-ci ildə vəfat edib.
Təltifləri Narev çayının alınmasında igidlik göstərdiyinə görə Konstantin Aleksandroviç Nazarov 1945-ci il 21 fevral tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Mənbə "Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M, N (Mu…-N.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2011. 357-ci səhifə.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları