Məzmun Film-portret Bakıdakı 3 saylı poliqrafiya peşə-texniki məktəbin direktoru Sofya Yaqubova haqqında danışır. Filmdə vaxtilə S.Yaqubovanın bu məktəbi bitirməsi, istehsalat təhsili ustası işləməsi, sonra uzun illər həmin məktəbin direktoru olması göstərilir.
"Gənc fəhlə" jurnalı ilk dəfə bu məktəbdə nəşr olunmuşdur. Məktəbin məzunları bir çox mətbəələrdə, o cümlədən "Kommunist" nəşriyyatında, "Qırmızı Oktyabr" mətbəəsində işləyirlər. Elə məktəbin özündə çalışan təhsil ustaları da bu təhsil ocağının məzunlarıdır.
Filmdə S.Yaqubovanın ailəsi də göstərilmişdir. O, məşhur pambıqçı, iş başında faciəli şəkildə həlak olmuş Sevil Qazıyevanın bu məktəbə necə daxil olması barədə xatirəsini danışır.
Festivallar və mükafatlar 1) 1976-cı ildə Bakıda Beynəlxalq Qadınlar gününə həsr olunmuş Respublika həvəskarlar filmləri müsabiqəsi Film I dərəcəli Diploma və Fəxri Fərmana layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Kamil Mirzəyev Ssenari müəllifi: Sofya Yaqubova, V.Volkova Operator: Kamil Mirzəyev Səs operatoru: Vladimir Savin
Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Peşətexfilm